Azərbaycan və İran razılaşdı - SES TİKİLƏCƏK
18 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Komissiyasının 14-cü iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, səfər çərçivəsində cənab Ş. Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian ilə görüşüb danışıqlar aparıb.
Görüşlər zamanı ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyətini vurğulayan İran rəsmiləri Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və Dağlıq Qarabağ münaqişəsinin başa çatması münasibətilə təbriklərini çatdırıblar. Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən etibarən İranın Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəklədiyini bəyan etmişlər. Eyni zamanda İran tərəfinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə olunub.
Müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasının İranda xoş qarşılandığı və yüksək qiymətləndirildiyi qeyd edilib. Regionda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunması üçün anlaşılmazlığa səbəb olan və münasibətlərin gərginləşməsinə zəmin yaradan hər hansı bir hərəkət və ya addımdan çəkinməyin zəruriliyi qeyd edilmiş və fikir ayrılığının dialoq və danışıqlar yolu ilə aradan qaldırılmasının vacibliyi vurğulanmışdır. Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq platforması çərçivəsində keçirilən Zirvə Görüşlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası və keçirilən görüşlər zamanı iki ölkə münasibətlərinin gündəliyindəki məsələlər və görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır. İclasın yekununda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasının Anlaşma Memorandumu imzalanıb.
İranın Yol və Şəhərsalma Nazirliyində keçirilən görüş zamanı ölkələrimiz arasında yol-nəqliyyat və yüklərin daşınması sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilmişdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, xüsusilə dəmir yolu ilə yük daşımaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin imkanları araşdırılıb.
Energetika Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin sinxronlaşdırılması və Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunub, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini cənab Şahin Mustafayev görüşlər zamanı Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi, xüsusilə dini abidələrin dağıdılması və təhqir olunması ilə bağlı ətraflı məlumat vermiş, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyini bildirib.
Müştərilərin xəbərləri
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
11 d. əvvəl
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
- 23 d. əvvəl
- 39 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Aqrarkredit” 9 milyon manatlıq daşınmaz əmlakı satışa çıxarır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azərbaycan neftinin son qiyməti
“Aqrarkredit” 9 milyon manatlıq daşınmaz əmlakı satışa çıxarır
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Kəlbəcərdə bərpa və tikinti xidməti zərərdən mənfəətə keçib
“Azəralüminium”un ixracı 50% artıb
Dövlət şirkətinin ixracı 31% artaraq 108 milyon dollara yaxınlaşıb
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
Ötən ilin əvvəlində ixracları sıfır səviyyədə olan 2 şirkət bu il milyonlarla dollarlıq ixrac ilə ilk onluğa daxil olublar
Bu şirkətin ixracı 21 milyon dolları keçib



















