İzmirin hava limanın yanacaq təchizatı Azərbaycan şirkətinə verildi
Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Turkey”in türk hava nəqliyyatı sektoru ilə birlikdə böyüyən markası “SOCAR Aviation” İzmirin Adnan Menderes hava limanında yanacaq təchizatını artıq öz yanacaqdoldurma məntəqəsindən həyata keçirəcək.
SOCAR-dan bildirilib ki, “SOCAR Turkey” Dövlət Hava Meydanları İşlətməsi (DHMİ) tərəfindən elan edilən tenderi “SOCAR Aviation” markası ilə qazandıqdan sonra istismara verilən Adnan Menderes yanacaqdoldurma məntəqəsi ilk yanacaq tədarükünü 2020-ci il dekabrın 5-də Türk Hava Yolları (THY) üçün həyata keçirib.
Adnan Menderes hava limanındakı məntəqəsi ilə birlikdə “SOCAR Turkey” ikinci hava nəqliyyatı yanacaqdoldurma məntəqəsini istismara verib. “SOCAR Aviation” şirkəti təmir və lisenziya proseslərinin ardınca Enerji Bazarlarını Tənzimləmə Təşkilatının (EPDK) lisenziyasını alan Adnan Menderes yanacaqdoldurma məntəqəsində 2 ədəd 750 kubmetrlik təyyarə yanacağı çəni yerləşir. Ümumilikdə 2500 kvadratmetr sahədə qurulmuş məntəqə mövcud infrastrukturu ilə illik 182 min kubmetrlik yanacaqdoldurma potensialına malikdir. Bu potensial hava limanının ümumi tələbatının 60 faizini qarşılayır. Bu çərçivədə ildə 9000 təyyarənin yanacaq təchizatı nəzərdə tutulur.
“SOCAR Aviation” 2013-cü ildə hava nəqliyyatı sektorunda fəaliyyətə başladıqdan sonra bir sıra hava limanının təyyarə yanacağı tədarükçüsünə çevrilib. Muğla Milas-Bodrum və İzmir Adnan Menderes hava limanları ilə yanaşı, İstanbul Sabiha Gökçen, Antalya, Muğla Dalaman, Ankara Esenboğa, Trabzon, Samsun Çarşamba, Adana, İstanbul IGA hava limanlarının da yanacaq ehtiyacını qarşılayır. Yanacaqdoldurma sahəsində investisiyalarını davam etdirən “SOCAR Aviation” gələcəkdə yeni yanacaqdoldurma komplekslərini də istismara verməyi planlaşdırır. “SOCAR Turkey”in enerji zəncirinin bütün həlqələrini ehtiva edən inteqrasiyalı strukturu sayəsində “Star” neft emalı zavodunun (NEZ) təyyarə yanacağı istehsal gücünün üstünlüyünə də sahib olan “SOCAR Aviation” türk hava nəqliyyatı sektoruna ən yaxşı şəkildə xidmət vermək üçün işlərini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























