Saat 22:00-dan əvvəl bilməyiniz lazım olan 5 şey
Bu ilin Mart ayında son 11 ildə üçüncü dəfə faizi artıraraq 0,75-1,00 intervalına qaldıran ABŞ Mərkəzi Bankı (Fed) Aprel ayı iclasının qərarını bu gün açıqlayacaq.
"Marja" xəbər verir ki, 22:00-da açıqlanacaq qərar öncəsi bunları bilməyiniz faydalıdır.
1. YELLEN DANIŞMAYACAQ
Bu axşam Fed yalnız qərar mətnini açıqlayacaq. Sədr Janet Yellenin mətbuat konfransı olmayacaq.
Fed, tarixən sədrin mətbuat konfransı keçirməyəcəyi iclaslarda faiz artırmır.
2 FAİZİN ARTIRLACAĞI EHTİMALI
Bir əvvəlki iclasda faizin artırılacağını qəti hesab edən bazar, bu gün faizin artırılacağına yalnız 13 faiz ehtimal verir.
Fed-in İyun toplantısı üçün bu ehtimal 60,9 faiz, Sentyabr toplanısı üçün 100 faizdir.
3. BALANSIN KİÇİLDİLMƏSİ MƏSƏLƏSİ
Son toplantının protokolları Fed rəsmilərinin balansı azaltmağı müzakirə etdiklərini ortaya qoydu.
Protokollarda, "İqtisadiyyat gözlənildiyi kimi performans göstərməyə davam etsə, bir çox rəsmi faizlərdə mərhələli artımının davam etməsini gözləyir və bu ilin sonunda Komitənin yenidən investisiya siyasətini dəyişməyin uyğun olacağını hesab edir" ifadəsi yer almışdı.
Bu günkü toplantıdan sonra balansın azaldılacağına dair yeni bir məlumatın veriləcəyi gözlənilmir.
4. ABŞ GÖSTƏRİCİLƏRİ
ABŞ-da son göstəricilər pis çıxıb. Fevralda 219 min artan kənd təsərrüfatı xaric məşğulluq Martda 98 min nəfər artım qeyd edib.
Həmçinin istehlakçı xərcləri birinci rübdə 0,2 faiz təşkil edərək 2009-un son rübündən bəri ən yavaş səviyyəyə geriləyib.
İqtisadçılar, Fed rəsmilərinin ABŞ iqtisadiyyatına dair şərhlərinin əhəmiyyətli olacağını qeyd edir. Son Bej Kitabda "ABŞ-da iqtisadi artım qarışıq istehlakçı xərclərinə baxmayaraq davam edir" deyilmişdi.
Fed rəsmiləri ilk rübdəki zəif iqtisadi göstəricilərə görə bir az gözləməyi seçəcəklər.
5. TRUMP MƏSƏLƏSİ
Trump, faizin artırılmasını siyasi gələcəyi üçün risk kimi qavrayır.
2-ci Dünya Müharibəsindən bu yana ABŞ-da 13 dəfə faizin artırılması dövrü olub və bunların 10-u iqtisadiyyatın durğunluğu ilə nəticələnib. Başqa sözlə, Fed ardıcıl faiz artırmağa başlayanda 77 faiz ehtimalla durğunluq baş verir.
İqtisadçılara görə, 1 trilyon dollarlıq infrastruktur xərcləri paketilə iqtisadi artımı dəstəkləmək istəyən Trump bu səbəbdən 2020-dəki seçkilər üçün faizin artırılmasını risk kimi görür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
2 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır

















