Türklər Azərbaycanda çətənə emalı layihəsini həyata keçirmək istəyir
Türkiyənin Yozqat bölgəsinin iş adamları Azərbaycanda sənaye üsulu çətənə emalı layihəsi həyata keçirmək istəyirlər.
Marja xəbər verir ki, yanvarın 21-də Türkiyə Respublikasının vitse-prezidentinin baş müşaviri Erkan Koparmalın rəhbərlik etdiyi, Yozqat Ticarət və Sənaye Palatasının prezidenti Sinan Çelikin də daxil olduğu nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Yozqat Ticarət və Sənaye Palatasının prezidenti Sinan Çelik Yozqat TSP haqqında geniş məlumat verib.
S.Çelik Türkiyədə mövcud olan altı təşviq bölgəsindən birinin Yozqat olduğunu, onun Mersin və Samsun limanları arasında yerləşdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Yozqat Konfederasiyasının prezidenti Mehmet Deniz isə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə həyata keçirilən tibb, kosmetika, ip istehsalı kimi digər sahələrdə də istifadə olunan sənaye üsulu çətənə emalı layihəsi haqqında geniş məlumat verib. M.Deniz bu layihəni Azərbaycanda da həyata keçirmək istədiklərini, burada beynəlxalq bir fabrik qurmaq arzusunda olduqlarını bildirib.
Eyni zamanda, “Samson Danışmalık” şirkətinin nümayəndəsi Özge Calan Yozqat bölgəsində həyata keçirilən investisiya təşviqi, “TANA mühendislik A.Ş.” şirkətinin rəhbəri Mustafa Tibukoğlu tərəflərindən reallaşdırılan layihələr barədə geniş məlumat veriblər.
Erkan Koparmal bütün görüşlərində Azərbaycanda həyata keçirməkdə maraqlı olduqları layihələr haqqında geniş fikir mübadiləsi apardıqlarını və işğaldan azad olunmuş ərazilərin yenidənqurulması işlərində fəal iştirak etmək niyyətində olduqlarını bir daha vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























