Azərbaycanın ödəniş platformasının istifadəçi sayı 400 mini keçib
E-Pul.az komandası 2021-ci il ölkə xarici pul köçürmələrin aktiv edilməsini, bank xidmətlərinini satışını həyata keçirməyi və rəqamsal kartın istifadəyə verilməsini planlaşdırır.
“Paysis” MMC -yə məxsus olan E-Pul.az ödəniş platformasından istifadə edənlərin sayı 2019-cu illə müqayisədə 2020-ci ildə 52% artaraq 400 mindən çox olmuşdur.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, E-Pul.az platformasının 2019-cu illə müqayisədə 2020-ci ildə tranzaksiya sayı 63%-dən çox, ümumi dövriyyə məbləği 18% artmışdır.
2020-ci ildən Bazarın tələblərinə cavab verərən E-Pul platformasında Bonus mağazası Marketplace kimi fəaliyyət göstərməyə başlayıb. Şirkətlər mallarını / xidmətlərini BONUSSTORE platformasına əsaslanan E-Pul bazarında öz mağazalarını yaradaraq təklif edə bilirlər. Beləliklə, E-Pul ödəmə platforması, müəssisələrə satış üçün 400.000 aktiv istifadəçi və aylıq 3.000.000 trafiki olan hazır bir müştəri bazası təklif edir. Bundan əlavə, Marketplace platforması alıcı üçün ölkədə ən çox sayda ödəmə üsulunu təklif edir. Bu proyekt pandemiya şəraitində sabitliyin və xidmət sahələrinin inkişafının qorunması üçün xüsusi əhəmiyyət kəsb edir. Mövcud iqtisadi reallıqlar nəzərə alınaraq bu həll sənayeni dəstəkləmək baxımından çox aktualdır.
İstifadəçilərinin arzu və istəklərinə əsaslanaraq və texniki bazasına söykənərək, daha yeni uğurlara, ilklərə imza atmaq əzmində olan E-Pul.az komandasının 2021-ci il üçün olan əsas məqsədi, bazar payını artırması, Marketplace layihəsini inkişaf etməsi, ölkə xarici pul köçürmələrin aktiv edilməsi, bank xidmətlərin satışı və rəqamsal kartın istifadəyə verilməsidir.
“Paysis” MMC 2014-cü ilin avqust ayında təsis edilib. Şirkətin E-Pul.az innovativ ödəniş platforması ilə kommunal, mobil, sığorta, bank, internet və digər ödənişləri həyata keçirmək, eləcə də müxtəlif məhsulların alışını etmək mümkündür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
7 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
8 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
9 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 9 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
