“Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəəti artıb – MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
“Yapı Kredi Bank Azərbaycan” 2020-ci ili 1 milyon 373 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 3 milyon 977 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalmasının əsas səbəbi “Yapı Kredi Bank Azərbaycan”ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmanı artırması ilə əlaqədardır.
ÇƏTİN KEÇMİŞ 2020-DƏ BANK GƏLİRLƏRİNİ QORUYUB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan”ın 2019-cu ildə faiz gəlirləri 33 milyon 415 min manat ikən, 2020-ci ildə 32 milyon 630 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 15 milyon 88 min manatdan 12 milyon 899 min manata geriləyib. Sərt karantin tədbirlərinin tətbiq edildiyi və iqtisadi aktivliyin azaldığı 2020-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri kəskin düşməyib.
XƏRCLƏRİ AZALIB
2019-cu illə müqayisədə 2020-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri (faiz və qeyri – faiz gəlirləri) 2 milyon 974 min manat azalaraq 45 milyon 530 min manata, xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 3 milyon 540 min manat azalaraq 28 milyon 664 min manat təşkil edib. Xərclər gəlirlərdən daha çox azaldığından Bankın əməliyyat mənfəəti 16 milyon 300 min manatdan 16 milyon 865 min manata yüksəlib.
EHTİYATA DAHA ÇOX VƏSAİT AYIRIB
“Yapı Kredi Bank Azərbaycan” ötən il 16 milyon 865 min manat əməliyyat mənfəətindən 14 milyon 710 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb və 783 min manat mənfəət vergisi ödəyib.
“Yapı Kredi Bank Azərbaycan” 2019-cu ildə 16 milyon 300 min manat əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan ehtiyatlara 10 milyon 927 min manat ayırmış və 1 milyon 396 min manat mənfəət vergisi ödəmişdi. 2019-cu illə müqayisədə 2020-ci ildə ehtiyatlara ayırmanın 3 milyon 783 min manat artması xalis mənfəətin düşməsinə səbəb olub. Qeyd edək ki, ehtiyatlar - aktivlər üzrə gözlənilən zərərin ödənilməsi məqsədi ilə yaradılır. Gözlənilən zərər baş verdikdə ehtiyat məbləğində balansdan silinir. Zərər baş vermədikdə isə ehtiyat azad olur və mənfəətə əlavə edilir.
31 Dekabr 2020-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 348 milyon 284 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 149 milyon 352 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda Bankın cəmi aktivləri 428 milyon 577 min manat, müştərilərə verilmiş kreditlər isə 187 milyon 252 min manat təşkil etmişdi. Ötən il Bankın daşınmaz əmlak kreditləri portfeli artıb.
“Yapı Kredi Bank Azərbaycan”da 2019-cu ilin sonunda 320 milyon 826 min manat təşkil etmiş cəmi depozitlər 2020-ci ilin sonunda 247 milyon 983 min manat olub.
MƏCMU KAPİTALI ARTIB
31 Dekabr 2020-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 73 milyon 771 min manat məcmu kapitala malik olub. Bank 2019-cu ilin sonunda 72,8 milyon manat məcmu kapitala malik idi.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarları 99,98% payı ilə "Yapı Kredi Bankası" (Türkiyə), 0,01% payı ilə "Yapı Kredi Yatırım Menkul Değerler" (Türkiyə) və 0,01% payı ilə "Yapı Kredi Finansal Kiralama"dır (Türkiyə).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
11 d. əvvəl
SpaceX süni intellekt şirkəti Anysphere-i satın alır - 60 MİLYARD DOLLARLIQ QİYMƏTLƏNDİRMƏ
-
17 d. əvvəl
“Ookla”: Azərbaycanda internet daha da sürətlənib: sabit şəbəkədə 16%, mobil şəbəkədə 31% artım
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
11 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
11 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
12 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
SpaceX Amazon-dan sonra Microsoft-u da geridə qoydu
“Ookla”: Azərbaycanda internet daha da sürətlənib: sabit şəbəkədə 16%, mobil şəbəkədə 31% artım
Neftin qiyməti martdan bəri ilk dəfə 80 dollardan aşağı düşdü: bazarlar Hörmüz boğazının tam açılacağına ümid edir
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Ən çox oxunanlar
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























