Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə 6657 müraciət daxil olub!
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub(®️) Cəmiyyətimizin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqəsi uşaqlardır. Ölkəmizin parlaq gələcəyi üçün uşaqların sağlam mühitdə, qayğısız və problemsiz böyümələrini təmin etməliyik. Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti koronavirus pandemiyasının (COVİD-2019) nəticəsi olaraq elan edilmiş qlobal sağlamlıq böhranı dövründə gücləndirilmiş iş rejimində çalışaraq ötən il 6657 uşağa yardım edib.
On ildən artıqdır ki, fəaliyyət göstərən “Uşaq Qaynar Xətti” müxtəlif təzyiqlə üzləşən, hüquqları pozulan uşaq və yeniyetmələrə dəstək olub onları psixoloji və fiziki travmalardan qorumağa çalışır. Xidmətin əməkdaşları uşaqlara və övladları ilə bağlı müəyyən problem yaşayan ailələrə həm sosial xidmət göstərir, həm də hüquqi və psixoloji yardım edir.
Qaynar Xəttə daxil olan müraciətlər müxtəlif sahələri əhatə edən sual və problemlər ilə bağlı olur. Ötən il zənglərin bir çox hissəsi – 3602 müraciət təhsil sahəsi ilə əlaqədar olub. Xidmətə hüquqi sahə ilə bağlı 909, psixoloji problemlərlə bağlı 668, sosial sahəyə aid 501, səhiyyə sahəsi ilə bağlı 388 müraciət daxil olub. Zənglərdən 589-u digər sahələrə aiddir.
Qeyd edək ki, 2020-ci ildə xidmətə müraciət edən qızların sayı üstünlük təşkil edib ki, zənglərin 3494-ü qızlardan, 3129-u isə oğlanlardan daxil olub. Bu müraciətlərdən 5499-u 18 yaşdan yuxarı, 1124-ü isə 18 yaşdan kiçik vətəndaşlar tərəfindən daxil olub. Həmçinin 2020-ci il ərzində 34 anonim zəng qeydə alınıb.
Azyaşlı uşaqlarla bağlı zənglərin əksəriyyəti əvvəlki illərdə olduğu kimi yenə də əksər hallarda hüquqi problemlərlə əlaqədar olub. Bura boşanan valideynlərin övladlarını görməkdə çətinlik çəkməsi, uşaqlarda yaranan psixoloji problemlər və digər məsələlər daxildir.
2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq böyüklərlə yanaşı, azyaşlı və yeniyetmələrdə də bir sıra psixoloji problemlər yaranıb. Daxil olan müraciətlərin əksəriyyəti pandemiyanın yaratdığı gərginlik və fobiyalar, eləcə də onlayn təhsil ilə bağlı olub. Müraciət edənlərə əsasən telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac yarandığı təqdirdə isə karantin qaydalarına uyğun olaraq, fərdi və qrup terapiyaları həyata keçirilib.
Ötən ilin sonunda yaşadığımız Vətən müharibəsi ilə bağlı da “Uşaq Qaynar Xətt” xidmətinə bir çox müraciətlər daxil olub. Xüsusilə regionlardan- Ağdam və Gəncə bölgələrindən evlərini itirən, yaxınlarını itirmə qorxusu yaşayan, stress və travmaya məruz qalan uşaqlarla uğurlu reabilitasiya işləri aparılıb.
İl ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə paytaxt Bakı daxil olmaqla, ölkəmizin müxtəlif bölgələrindən müraciət edilib. Xidmətə Ağdam, Ağdaş, Zərdab, Goranboy, Göyçay, Şəki, Şamaxı, Gəncə, Qazax, Tovuz da daxil olmaqla 44 rayondan zənglər daxil olub. Hətta Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız da müəyyən problemlərlə bağlı xidmətə müraciət ediblər. Bunların sırasında Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Almaniya və Özbəkistandan daxil olan müraciətləri qeyd etmək olar.
Qeyd edək ki, “ Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan və “Azercell Telekom” MMC-nin dəstəyi ilə vətəndaşlara xidmət edən “Uşaq Qaynar Xətti” fəaliyyət dövrü ərzində 48007 müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, ehtiyac yarandıqda onlar Uşaq Hüquqları Klinikasına yönləndirilir. Daxil olan müraciətlərin birbaşa xidmət çərçivəsində həll edilməsi mümkün olmadığı hallarda, Qaynar Xətt əməkdaşları müvafiq dövlət qurumları və QHT-lərlə birgə araşdırma aparırlar.
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 17 saat əvvəl
-
18 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
18 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
18 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
19 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















