Kredit borcunu müntəzəm ödəyən şəxslərə faiz məbləğinin 5%-i geri qaytarılacaq
(®️) Fəaliyyət dövrü ərzində xidmət və məhsulları ilə hər zaman müştərilərinə yaxın olan, onların istəklərini düşünən Bank of Baku, 27 yaşında da hər kəsi sevindirəcək yeni kampaniyaya – İLBOYU QAZANDIRAN KREDİT kampaniyasına start verir.
Belə ki, bank kredit borcunu hər ay müntəzəm olaraq ödəyən şəxslərə ödənilən faiz məbləğinin 5%-ni ilboyu Dostlar Klubu kartına BONUS olaraq geri qaytaracaq. Yəni, müştərilər kredit ödənişlərini etdikcə həm də qazanacaqlar.
Kampaniya çərçivəsində ilboyu toplanan BONUS-lar sayəsində müştərilər növbəti dəfə krediti komissiyasız və daha sərfəli şərtlərlə əldə edə biləcəklər.
Kampaniya dövrü ərzində Nağd Pul Krediti əldə edən, Dostlar Klubu kartı olan və ilboyu kredit ödənişini hər ay gecikməsiz ödəyən HƏR KƏS “İlboyu Qazandıran Kredit” kampaniyasının iştirakçısı olur.
Qeyd edək ki, Dostlar Klubu müştərilərə xüsusi imtiyazlar təqdim edən virtual klubdur. Bank of Baku-dan kredit əldə edən şəxslər bankla əməkdaşlıq dövrlərindən asılı olaraq “Dostlar Klubu”na qoşulmaqla Gümüş, Qızıl və Brilliant kartlarından birini əldə edərək, həm 400 AZN-dək ekspress kredit xəttindən faydalana, həm də bankın bir sıra xidmət və məhsullarına xüsusi güzəşt və üstünlüklər əldə edə bilərlər.
Kampaniya 15.02.21 – 15.03.21 tarixlərini əhatə edir.
Bank of Baku-nun 27 yaşında elan etdiyi “İlboyu Qazandıran Kredit” kampaniyası haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, www.bankofbaku.com saytına daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
13 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























