Qiymətli kağızların dövlət qeydiyyatına dair təlimat hazırlanıb
Mərkəzi Bank kapital bazarı sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi çərçivəsində qiymətli kağızlarının dövlət qeydiyyatını və qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrini aparır.
Mərkəi Bankın yaydığı məlumatda bildirilir ki, qiymətli kağızların qeydiyyatına dair tələblər müxtəlif qanunvericilik aktlarını əhatə etdiyi üçün emitentlərin səhm və korporativ istiqrazların dövlət qeydiyyatına alınması məqsədilə Mərkəzi Banka təqdim etdikləri sənədlərin bir çox hallarda qanunvericiliyin tələblərinə tam uyğun tərtib olunmaması müşahidə olunur. Bu isə Mərkəzi Bank tərəfindən müraciətlərə baxılması zamanı qeydiyyat prosesinin uzanmasına və kapital bazarından maliyyələşmək istəyən emitentlərin əməliyyat çevikliyinin azalmasına səbəb olur.
Qeyd olunan çatışmamazlıqların aradan qaldırılması və qiymətli kağızların qeydiyyatı prosesinin operativliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən emitentlər üçün təlimat hazırlanmışdır. Təlimatda səhm və istiqrazların emissiyası prosedurları vahid sənəddə ümumiləşdirilmiş, qiymətli kağızların dövlət qeydiyyatına alınması və dövriyyədən çıxarılması ilə bağlı tələb olunan sənədlər və onların hazırlanması zamanı qanunvericiliklə müəyyən edilmiş tələblər ətarflı qeyd edilmişdir.
Təlimat ilə Mərkəzi Bankın rəsmi internet səhifəsindən aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
6 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
6 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
7 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib




















