Son həftələrdə kəskin enişin müşahidə olunduğu səhm bazarı canlanıb

Tesla və digərləri yenidən dəyər qazanır. Bu, Teslanın 2020-ci ilin martından bəri əldə etdiyi ən yaxşı gündəlik nəticədir.
ABŞ Maliyyə Nazirliyinin obliqasiyalarının gəlirlilik dərəcəsinin azalması texnoloji və digər spekulyativ bizneslərdə səhmlərin dəyərinin günlük ortalamasında yüksək nəticəyə səbəb olur. Marja xəbər verir ki, elektromobillərin qlobal istehsalçısı Tesla təkcə bir gün - çərşənbə axşamı ərzində 14% artımla ötən həftələrdə itirdiyi dəyərin bir hissəsini geri qazana bilib.
Günəş panellərinin istehsalçısı Enphase Energy 12%-ə yaxın, çip texnologiyası və onunla əlaqədar məhsullar istehsalçısı Nvidia və Lam Research 7%-dən artıq, mikrosxemlər üzrə ixtisaslaşmış Xilinx isə 6,8% dəyər qazanmışdır.
Həmçinin, video kommunikasiya şirkəti ZoomVideo-nun səhmlərinin qiyməti gün ərzində 7% yüksəlmişdir. Şirkətin təsisçisi və Baş İcraçı Direktoru Erik Yuanın səhmlərinin təxminən 40%-ni adı açıqlanmayan iki trasta ötürməsi də səhm qiymətlərinə təsir etmişdir. Enerji şirkəti First Energy-nin səhmləri məşhur milyarder Karl Aykanın (Carl Icahn) Direktorlar Şurasında iki əlavə yerə sahib olmaq barədə planlarını açıqlamasından dərhal sonra 2%-lik dəyər qazanmışdır.
Bəzi şirkətlərin səhmlərində isə eniş yaşanır. İdman mallarının təchizatçısı Dick’s Sporting Goods-un səhm dəyərləri bir gündə 6%, onlayn geyim və şəxslərə uyğun tərz dizaynı şirkəti Stitch Fix-in dəyəri isə kəskin şəkildə - 28% azalmışdır.
Süni intellekt sahəsinin nümayəndəsi Baidu isə daha unikal nəticə göstərir. Bircə həftə əvvəl 11%-lik azalma müşahidə edilən şirkət səhmləri Honkonq birjasında ikinci listinqə çıxacağı barədə xəbərlər yayılan kimi yenidən 11,1% artaraq, itirdiyi dəyəri geri qazana bilib.
Səhm bazarındakı canlanmaların həftəboyu davam edəcəyi istisna edilmir.
"Şimal Axını – 2 dilemması: Rusiya bu il nəhəng layihəni başa çatdıra biləcəkmi?"
"Hər kəsə 1400 dollarlıq çek – ABŞ-ın yeni yardım paketi"
"Texnologiya nəhənglərindən 14 milyard dollarlıq sövdələşmələr"
"Asiyanın “mini Amazon”u səhm bazarına çıxır"
"Sənaye nəhəngi biznesinin bir hissəsini satır - 30 MİLYARD DOLLARLIQ SÖVDƏLƏŞMƏ"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat sonra
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
12 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
