Dünya səhm birjaları iki həftəlik maksimuma çatıb – YENİ CANLANMA
Texnologiya şirkətləri səhm bazarında əsl zəlzələ yaradır
Marja xəbər verir ki, həftənin son iş gününə başlayarkən qlobal birja indeksləri ardıcıl üçüncü sessiyada artır və iki həftəlik maksimum nəticə göstərmişdir. ABŞ və Avropada dövlət istiqrazlarının gəlirlilik dərəcəsinin aşağı düşməsi barədə xəbərlər, həmçinin Ağ Evdən gələn məlumat - Co Baydenin bir neçə saat öncə imzaladığı Koronavirusa qarşı mübarizə və iqtisadi stimul paketi birjaları hərəkətə keçirib.
Avropa Mərkəzi Bankının Pandemiya vəziyyətində 1,85 trilyon avroluq Fövqəladə Alqı-Satqı Planından istifadə edərək, Avrozonada istiqraz maliyyələşdirilməsində əsassız xərclərin qarşısını almaq üçün daha çox pul vəsaiti çap etməyə hazır olduğunu bəyan etməsi Avropa bazarında istiqrazların gəlirlilik dərəcəsinin aşağı düşməsinə səbəb olub. Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcəsi fevralın 18-də -0,367%-ə düşdükdən sonra, hazırda -0,333% olaraq dəyişməz qalıb.
ABŞ Xəzinədarlığının 10 illik standart notlarının gəlirlilik dərəcəsi isə 1,475%-ə qədər azalmışdır. Wall Street-də inflyasiyanın artacağı barədə səslənən narahatlıqlar səhmlərlə ticarətə dəstək verib, yüksək gəlirli texnologiya sektoru ən ön sırada gedir. Əksəriyyəti texnologiya şirkətlərinə aid olan və istiqrazların gəlirlilik dərəcəsinə həddən artıq həssaslıq göstərən bahalı səhmlər orta hesabla 2,4% daha artıq dəyər qazanmışdır. Bank sektoru isə əksinə, səhmlərdə 0,25% dəyər itirib.
The Dow Jones Industrial Average indeksi 292.27 bənd, yaxud 0.9% artaraq 32,589.29-ə, S&P 500 53.17 bənd və ya 1.36% dəyər qazanaraq 3,951.98-ə, Nasdaq Composite isə 339.40 bənd, yəni 2.6% yüksələrək, 13,408.23-ə çatıb.
Avropa fond birjaları da öz növbəsində artış göstərir: Pan-Avropa STOXX 600 indeksi dördüncü gün ardıcıl olaraq yüksəlir və 0,49% dəyər qazanaraq 2020-ci ilin fevralından bəri ən yüksək həddə çatıb. Avro dollar qarşısında 0,49% dəyər qazanaraq 1,1984 dollar təşkil etmişdir.
Həmçinin oxu
Rolls-Royce daha çox zərərə düşübMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















