SOCAR-ın Norveç şirkətilə birgə layihəsinə yenidən baxılacaq
Martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Marja SOCAR-a istinadən xəbər verir ki, görüşdə əsasən SOCAR və “Equinor” şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılmış ilkin kəşfiyyat işlərinin nəticələri və növbəti addımların planlaşdırılması müzakirə olunmuşdur.
“Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında kəşfiyyat işlərinə 2018-ci ilin ikinci yarsında start verilmiş, 2019-cu ildə burada 2D və 3D seysmik kəşfiyyat işləri tamamlanmışdır. Nəticələr 2020-ci ildə emal olunub, hazırda nəticələrin interpretasiyası davam edir. İnterpretasiya prosesinin ilkin yekunları bu strukturlarda neft-qaz ehtiyatlarının gözlənildiyindən daha yüksək olduğunu göstərir. Qarşıdakı dövrdə ehtiyatların dəqiqləşdirilməsi məqsədi ilə kəşfiyyat qazması həyata keçirilə bilər.
Yeni perspektivli strukturlarında əldə olunmuş müsbət nəticələr “Qarabağ” layihəsinin inkişaf planına da yenidən baxmaq zərurəti yarada bilər. Bildirilmişdir ki, bunun üçün SOCAR və “Equinor” şirkətlərinin birgə işçi qrupu yaxın həftələrdə “Qarabağ” layihəsinin davamı ilə bağlı müxtəlif variantları nəzərdən keçirəcək, yatağın işlənməsinin yeni kəşf ediləcək yataqların işlənməsi ilə sinerji imkanlarını araşdıracaqdır.
Görüşdə Azərbaycanın Norveç şirkəti üçün mühüm bir ölkə olduğu vurğulanmış, “Equinor” şirkətinin buradakı əməliyytalarını inkişaf etdirmək niyyətində olduğu bildirilmişdir. Görüşdə həmçinin hazırkı onillikdə neft-qaz qiymətlərinin yüksək olacağını təsbit edən proqnozlar haqqında fikir mübadiləsi aparılıb, birgə işlənilən yataqlarda hasilatın pik dövrünə məhz bu onillikdə nail olmağın əhəmiyyəti qeyd olunub. Buna görə kəşfiyyat və qazma işlərinin sürətlənidirilməsi xüsusi vurğulanıb.
Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışlar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
32 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
23 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























