Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olunur
Dövlət sosial sığorta şəhadətnaməsinə dair müddəalar qanunvericilik aktlarından çıxarılır.
Bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna və Əmək Məcəlləsinə dəyişiklik təklif olunur.
Başqa sözlə, Azərbaycan Respublikasında sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi məqsədilə “e-sosial.az” saytı istifadəyə verilib. Yaradılmış bu imkan nəticəsində vətəndaşlar özlərinə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları bu internet portalı vasitəsilə asanlıqla əldə edə bilirlər.
“Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilib. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli edib, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirib. Sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi də məhz fərdi uçot sistemində proseslərin tam elektronlaşdırlmasına mane törədən halların aradan qaldırılması, elektron pensiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, habelə Dövlət Sosial Müdafiə Fondunun müvafiq xərclərinin azalması və azaldılan xərclərin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi məqsədilə hazırlanıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb























