10 istiqamət üzrə daxili bazar araşdırması aparacaq məsləhətçini müəyyən edib
“SAT Group” şirkəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün məsləhətçi seçimi üzrə keçirdiyi sorğunun qalibi olub.
Şirkətlə müvafiq müqavilə bağlanıb.
Araşdırma 10 istiqaməti əhatə edir: reklam vasitələrinin yaradılması və onların effektivliyi; tekstil fabrikinin yaradılması; məişət tullantılarının konteynerlərinin istehsalı və satışı imkanları; daşınar soyuducu anbarların istehsalı; boya istehsalı; optik eynəklərin istehsalı; minik və yük avtomobillərində yağdəyişmə xidmətləri; özəl və korporativ geyimlərin istehsalı; kimyəvi yuyucu vasitələrin istehsalı və avtokimya xidməti və məhsullarının istehsalı.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.
SAT Group şirkəti 2014 – ci ildə təsis olunub. SAT Group şirkətinin fəaliyyat istiqaməti ümumi biznes konsaltinq xidmətləri, satış, marketinq və idarəetmə yönümlü təlimlərdir. SAT Group inşaat, qida, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda çalışan bir çox şirkətlərə konsaltinq xidməti göstərmiş, biznesin inkişaf etdirilməsinə yardımçı olmuşdur. SAT Group şirkəti 2017-ci ildən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının tərəfdaşıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)


