Azərbaycanın tədiyyə balansında kəsir - ÖLKƏDƏN ÇIXAN VALYUTA DAXİL OLANI ÜSTƏLƏYİB
2020-ci ildə cari əməliyyatlar hesabında isə 227.6 milyon dollar kəsir yaranıb2020-ci ildə Azərbaycanın tədiyyə balansında 1 milyard 987,7 milyon dollar kəsir yaranıb. Halbuki, 2019-cu ildə Azərbaycanın tədiyyə balansında 5 milyard 142.9 milyon dollar profisit olmuşdu.
2020-ci il üzrə Azərbaycan Respublikasının Tədiyyə balansında bildirilir ki, xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ildə tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansı (CƏB) tarazlığa yaxın olmuşdur. Cari əməliyyatlar balansına əsas ixrac qiymətlərinin dəyişimi təsir göstərmişdir. Bu dövrdə qeyri-neft sektoru üzrə CƏB-in yaxşılaşması davam etmişdir. Pandemiya şəraitində qeyri-neft sektoru üzrə əmtəə və xidmət idxalının azalması tədiyə balansına tarazlaşdırıcı təsir göstərmişdir.
Cari əməliyyatlar hesabında kəsir
2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227.6 milyon dollar və ya ÜDM-in 0.5%-ni təşkil etmişdir (2019-cu ildə 4.4milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilə nəzərən (ö.i.n.) 2.3 dəfə azalaraq 5.1 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 25.4% azalaraq 5.3 milyard dollar məbləğində olmuşdur.
Xarici ticarət balansı
2020-ci il üzrə xarici ticarət dövriyyəsi 22.7 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 8.9 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 6.4 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 2.5 milyard dollar həcmində profisit yaranmışdır.
Tədiyə balansı nədir?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir.
Marja Mərkəzi Banka istinadən təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
























