“İpək Yolu Sığorta”nın xalis mənfəətində böyük artım
“İpək Yolu Sığorta” ASC 2020-ci ili 1 milyon 948 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2019-cu ili 877 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, şirkətin xalis mənfəəti illik 2,2 dəfə artıb. 2018-ci illə müqaisədə 2019-cu ildə "İpək Yolu Sığorta" ASC-nin xalis mənfəəti 48,2% və yaxud təxminən 2 dəfə azalmışdı.
Marja Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “İpək Yolu Sığorta”nın cəmi əməliyyat gəlirləri 39 milyon 191 min manat ikən, 2020-ci ldə 22 milyon 54 min manata düşüb. Şirkətin cəmi əməliyyat xərcləri isə 38 milyon 95 min manatdan 19 milyon 620 min manata geriləyib.
Ötən il “İpək Yolu Sığorta”nın topladığı sığorta haqları 17 milyon 320 min manat, sığorta ödənişləri isə 2 milyon 649 min manat təşkil edib.
Xatırladaq ki, "İpək Yolu Sığorta" ASC "Silkway Holding" MMC-yə daxildir. Şirkətin nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silk Way Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
28 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
























