Misir Mərdanova yeni vəzifə verildi
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.
Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəllimi, dosenti, dekan müavini, tədris işləri üzrə prorektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
Misir Mərdanovun 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki, eyni zamanda Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi və Rusiya Təhsil Akademiyasının xarici olduğunu qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, alim həmçinin bir sıra beynəlxalq elmi jurnalların, o cümlədən “Azerbaijan journal of Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics”jurnallarının redaksiya heyətinin üzvü, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktorudur: “Misir Mərdanov 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda Azərbaycan və Dağıstan respublikalarının əməkdar elm xadimidir”.
Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.
Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
©️ Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















