Hesab.az-da Masterpass kampaniyası qazandırır!
(®️) Hesab.az hər ötən gün artan istifadəçi sayı ilə hədəflədiyi bazar üstünlüyünə hər zaman olduğu kimi səylə çalışaraq nail olmuşdur. Hazırda davamlı olaraq həyata keçirdiyi kampaniyalar ilə istifadəçilərinə Hesab.az -ı seçdikləri üçün hər zaman qazandırmağı vəd edir. MasterCard ilə həyata keçirilən kampaniyada da istifadəçilərinə etdikləri ödənişlərində anında endirim təmin ediləcək.
Kampaniya 05.04.2021- 31.05.2021 tarixlərində Hesab.az veb səhifəsi və mobil tətbiqində ödəniş edən qeydiyyatlı istifadəçiləri əhatə edir. Belə ki, həm Hesab.az mobil tətbiqində, həm də veb səhifəsində qeydiyyatlı şəkildə Masterpass-a artıq qoşulmuş və yeni qoşulan istifadəçilər MasterCard və Maestro kartları ilə mobil balansa müəyyən edilmiş məbləğdə ödəniş etdikdə hər ödənişə görə endirim qazanmış olacaqlar. Kampaniyada iştirak edən istifadəçilər ödəniş edən zaman dərhal endirim əldə edəcəklər.
Kampaniya çərçivəsində yalnız ilk 3500 nəfər endirim əldə edə biləcək. Siz də, elə indi Hesab.az platformasında Masterpass kampaniyasına qoşulun və endirim əldə edin. Ətraflı : https://bit.ly/39JlWdw
Məlumat üçün qeyd edək ki, “Masterpass” platforması “Mastercard”ın qlobal olaraq təqdim etdiyi, bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həllidir. “Masterpass”la kart məlumatları təhlükəsiz şəkildə “Mastercard” tərəfindən “Masterpass”da yadda saxlanılır. Kart məlumatları “Masterpass”a sadəcə bir dəfə daxil edilir və bundan sonra hər ödəniş zamanı məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
-
5 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
-
12 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
15 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
34 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 38 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
ASA-ya yeni icraçı direktor təyin olundu
Ən çox oxunanlar
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub
Rəsmi məzənnələr açıqlandı
"Az əvvəl İranda yeni rejimin prezidenti ABŞ-dan atəşkəs istədi. Hörmüz boğazı açılarsa, atəşkəsi qiymətləndirəcəyik"
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir











.webp)












