ADİF Elektron auksion portalı yaratmağı planlaşdırır
Əmanətlərin Sığortalanması Fondu elektron auksion portalı yaratmağı planlaşdırır"Əsas hədəfi ləğvedicisi olduğu bankların ləğv prosesini daha effektiv və səmərəli başa çatdırmaq olan Əmanətlərin Sığortalanması Fondunun funksiyalarından biri də, sözügedən bankların ləğv prosesini sürətləndirmək və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirmək məqsədilə aktivlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada satışını həyata keçirməkdir. Məhz bu səbəbdən müasir standartlara uyğun, qabaqcıl təcrübəyə əsaslanan və daha səmərəli şəkildə satışları təmin etmək məqsədilə qlobal təcrübə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, qabaqcıl ölkələr tərəfindən istifadə olunan fərqli strategiyalardan bizim üçün ən şəffaf və uyğun olanı hərrac mexanizmidir".
Marja xəbər verir ki. bu, Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda deyilri.
Qeyd edilib ki, hərracların keçirilmə formatları fərqlənir və hazırda daha ixtisaslaşmış informasiya texnologiyalarının inkişafını nəzərə alaraq, o cümlədən bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də COVID-19 pandemiyası fonunda elan edilmiş karantin rejiminin tətbiqi elektron ticarətə üstünlük verilməsini zəruri etmişdir. Zamanın tələbinə uyğun olaraq ƏSF sözügedən hərracları elektron platformada həyata keçirilməyi planlaşdırır. Fond yeni yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərini qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan baxımından rahatlığını təmin edəcəkdir.
"Əlavə olaraq bildirmək istərdik ki, banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə 29 dekabr 2006-cı il tarixdə “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmış, 12 avqust 2007-ci ilin tarixdən isə fəaliyyətə başlamışdır. Bank fəaləyyətinin həyata keçirilməsi üçün verilmiş lisensiyası ləğv edilmiş, məhkəmə qərarı ilə müflis elan edilmiş və haqqında iflas prosesinə başlanmış banklar müxtəlif dövrlərdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsinə verilmişdir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















