"Məzuniyyətdən mütləq istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb"
“İl ərzində əmək məzuniyyətinin mütləq istifadə olunması ilə bağlı hazırda hər hansı tələb yoxdur. Amma Nazirlik tərəfindən Əmək Məcəlləsinə müvafiq dəyişiklik hazırlanıb. Biz bununla bağlı müəyyən tələblərin nəzərə alınmasını istəyirik”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Növbətçi Müfəttişin” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov bildirib.
Onun sözlərinə görə, işçi bəzən bilərəkdən məzuniyyətini istifadə etmir ki, sonda müəyyən şəkildə kompensasiya alsın:
“Lakin bu düzgün yanaşma deyil. Ona görə də işəgötürənlərə tövsiyə edirik ki, məzuniyyət qrafiki qabaqcadan işçilərlə razılaşdırılmaqla təsdiq edilsin. Əmək Məcəlləsində qrafikin tərtib olunması nəzərdə tutulub, lakin imperativ norma olmadığına görə, tərtib olunmaya da bilər. Bunu işçi ilə işəgötürən qarşılıqlı razılaşma ilə də edə bilər. Lakin qrafik tərtib olunsa, işəgötürən işçinin qarşısında razılığa əsasən tələb qoya bilər ki, məzuniyyət hüququndan istifadə etsin. Məqsəd odur ki, bununla işçinin il ərzində fiziki, psixoloji sərf etdiyi enerji bərpa olunur, istirahət hüququ təmin edilir və yeni formada işə qayıdır. İllərlə məzuniyyətdən istifadə olunmaması gələcəkdə işəgötürənlər üçün əməyin mühafizəsi qaydalarının pozulmasına da gətirib çıxara bilər. Ona görə də il ərzində məzuniyyətdən mütləq şəkildə istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb”.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















