Silikon Vadisinin Asiya fəthi - 40 milyard dollar
Sinqapurun ən böyük ərzaq kuryeri Grab rekord bazar dəyərinə çatır.Cənub-Şərqi Asiyanın ən uğurlu startaplarından, Sinqapurda qurulmuş onlayn taksi və ərzaq çatdırılma xidməti Grab ABŞ-ın Altimeter Capital şirkəti ilə birləşməyi planlaşdırır.
Marja xəbər verir ki, sövdələşmənin detalları barədə bu gün rəsmi açıqlama verilməsi gözlənilir.
Grab şirkətinin Altimeter Capital-ın dəstəklədiyi Birləşmə Məqsədli Xüsusi Ortaqlıq (SPAC) ilə razılaşması Asiya və qlobal investorlar qrupu, o cümlədən idarəçiliyi altındakı aktivlərin həcmi 2,85 trilyon dollar təşkil etməklə dünya sıralamasında 3-cü olan Fidelity International və Britaniyanın ən böyük investisiya şirkətlərindən Janus Henderson tərəfindən şirkətə 4 milyard dollar özəl sərmayə yatırılması ilə nəticələnəcək.
2012-ci ildə o zamankı Harvad Business School dinləyicisi malayziyalı Entoni Tan ABŞ-dakı mobil taksi sifarişi proqramlarına bənzər sistem yaratmaq üçün digər Harvard məzunu Tan Huui Linqlə birlikdə “My Teksi” tətbiqetməsini işləyib hazırladı. Tezliklə Filippin, Sinqapur və Taylanda doğru genişlənən şirkət 2014-cü ildə Grab Taksi adlandırıldı və Sinqapura ilk 100 elektriklə işləyən taksi gətirdi.
2014-cü ildə Sinqapurun dövlət investisiya fondu Temasekdən 10 milyon dollar ilkin investisiya cəlb edən şirkət bununla da uğurlu və investorlar üçün cəlbedici aktivə çevrildi: 2014-cü ilin oktyabrında ABŞ-ın Tiger Capital hedc fondu və digər investorlardan 65 milyon dollar, dekabrda Yaponiyanın maliyyə nəhəngi SoftBankdan 250 milyon dollar, 2015-ci ilin avqustunda Çinin ən böyük taksi şirkətlərindən olan Didi Kuadidən (hazırda Didi Chixing) və Çin İnvestisiya Korporasiyasından 350 milyon dollar, 2016-cı ilin sentyabrında SoftBank, Didi və Hondadan 750 milyon dollar, 2017-ci ildə Didi, SoftBank və Toyotadan rekord məbləğdə - 2,5 milyard dollar vəsait cəlb etmişdir.
2018-ci ildə bazar dəyəri 6 milyard dollara çatan Grab sistemində günlük taksi sifarişlərinin sayı 2 milyon təşkil etmişdir. Şirkət 2020-ci ilin fevralında iki tranşda Mitsubishi Maliyyə Qrupundan və Yaponiyanın TIS INTEC korporasiyasından cəmi 856 milyon dollar vəsait cəlb etmiş, həmin ildə şirkətin mobil tətbiqetmə istifadəçilərinin sayı 68 milyona çatmış, iki milyon sürücü və gündəlik 3,5 milyon sifarişlə Cənub-Şərqi Asiyanın ən uğurlu taksi şirkəti mövqeyini qoruyub saxlamışdır.
Altimeter Capitalla birləşmə hazırda 8 ölkədə 398 şəhərə xidmət göstərən Grab üçün yeni imkanlar açacaq və 271 milyon əhalisi ilə dünyanın dördüncü, müsəlman aləminin isə birinci ölkəsi olan İndoneziya bazarında da hökmran mövqelər tutmasına şərait yaradacaqdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
11 d. əvvəl
“Dəli-Dolu Təkliflər” ilə Baku Electronics-də alış-verişin həyəcanlı 4 günü başlayır!
- 17 d. əvvəl
- 31 d. əvvəl
- 45 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Bakının daşınmaz əmlak bazarı sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit fazaya keçib - PALATA
Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
Ən çox oxunanlar
“NORM”da iclas keçiriləcək
Shell-in mənfəəti müharibə ilə yüksəlib
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877 mini aşıb
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir






.jpg)
.jpg)






.jpg)




