Azərbaycanda ətraf mühitə davamlı pambıq sortları yaradılacaq
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yarada biləcək.
Nazirliyin yaydığı məlumata görə, bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə reallaşdırılmış layihə əsasında İnstituta hədiyyə edilən avadanlıqların köməyi ilə mümkün olacaq.
150 min avrodan artıq dəyərə malik avadanlıqlar molekulyar səviyyədə biotexnoloji tədqiqatların və analizlərin inkişaf etdirilməsinə imkan verəcək. Bununla yanaşı, pambıq sortlarının iqlimin qeyri-əlverişli şəraitinə qarşı davamlılığını vizual qiymətləndirmə bəzən yanlışlıqlara səbəb olduğu üçün yeni avadanlığın DNT analizi aparmaq xüsusiyyətlərindən istifadə ediləcək.
Aqrar Kredit və İnkişaf Agentliyinin AEBA ilə əməkdaşlıq əsasında həyata keçirdiyi “Xəstəliklərə, quraqlığa və duzluluğa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsinin məqsədi quraqlıq və şoranlaşmaya, xəstəliklərə dözümlü, məhsuldar yeni pambıq növlərinin yaradılmasıdır. Layihə çərçivəsində mütəxəssislərin hazırlığı istiqamətində bir sıra addımlar atılıb, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər, təcrübə mübadilələri reallaşdırılıb, mütəxəssislər xaricdə təlim keçmək imkanı qazanıblar.
Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanda nüvə texnologiyası tətbiq etməklə pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsinin həyata keçirilməsi də nəzərdə tutulub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























