Azərbaycanın qocaman bankının builki vəziyyəti məlum oldu
Azərbaycanın ən qocaman banklarından biri olan “Günay Bank” ASC 2021-ci ilin ilk rübünü 879 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Günay Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri faiz gəlirləri) 5 milyon 781 min manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 min manat çoxdur. Ötən ilin eyni dövründə Bankın cəmi əməliyyat gəlirləri 5 milyon 772 min manat olmuşdu.
2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə “Günay Bank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 317 min manat artaraq 4 milyon 381 min manat təşkil edib. 2020-ci ilin ilk rübündə “Günay Bank”ın cəmi əməliyyat xərcləri 4 milyon 64 min manat olmuşdu.
2021-ci ilin yanvar-mart dövründə “Günay Bank”ın gəlirləri xərclərini üstələdiyindən Bankın 1 milyon 400 min manat əməliyyat mənfəəti yaranıb (ötən ilin eyni dövründə 1 milyon 708 min manat). Bank 521 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ilk rübü 879 min manat xalis mənfəət ilə bağlayıb. Bank 2020-ci ilin ilk rübündə 1 milyon 708 min manat əməliyyat mənfəətindən 632 min manat ehtiyatlara ayırdığından həmin dövrü 1 milyon 76 min manat xalis mənfəət ilə bağlamışdı. “Günay Bank”ın gəlirlərinin təxminən ötən ilin ilk rübündəki səviyyədə qalmasına qarşılıq xərclərinin artması xalis mənfəətinin azalmasına səbəb olub.
2020-ci ilin ilk rübü ilə müqayisədə “Günay Bank”ın faiz gəlirləri 252 min manat və ya 8% artaraq 3 milyon 382 min manat təşkil edib.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində “Günay Bank” 250 milyon 670 min manat cəmi aktivlərə malik olub, aktivlərin 191 milyon 304 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2020-ci ilin sonunda “Günay Bank” 245 milyon 43 min manat cəmi aktivlərə, o cümlədən 190 milyon 865 min manat kredit portfelinə malik idi. “Günay Bank”ın cəmi kredit portfelnin 65,5%-ni biznes kreditləri təşkil edib.
DEPOZİTLƏR ARTIB
2021-ci ilin ilk rübündə “Günay Bank”da cəmi depozitlər 7 milyon 319 min manat artaraq 101 milyon 808 min manata çatıb. Bankda fiziki şəxslərin depozitləri 21 milyon 203 min manat artaraq 90 milyon 91 min manata yüksəlib.
31 Mart 2021-ci il tarixində “Günay Bank” ASC 65 milyon 707 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















