Azərbaycan bankı birləşmə planından imtina edib
“Yelo Bank” ASC “TBC Kredit” bank olmayan kredit təşkilatı ilə birləşmə planlarından imtina edib. Bu barədə “Yelo Bank”ın idarə heyətinin sədri Anar Həsənov bildirib.
Xatırladaq ki, birləşmə ilə əlaqədar 2018-ci ildə “Yelo Bank” və Gürcüstanın “TBC Bank”ı arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.
“Ötən həftə bankın müşahidə şurası tərəfindən təsdiqlənmiş yeni üç illik strategiya çərçivəsində hər hansı bir maliyyə strukturu ilə birləşməkdən imtina etmişik və biznesimizi təkbaşına inkişaf etdirmək niyyətindəyik. Bu il bizim üçün uğurlu başlayıb və bankımız gəlirlilik baxımından artıq dördüncü yerdədir. Birinci rübü 5,5 milyon manatdan çox mənfəətlə başa vurmuşuq”, – A.Həsənov deyib.
Onun sözlərinə görə, bankın növbəti illərdə əsas məqsədi biznesin inkişaf istiqamətini korporativ bankçılıqdan pərakəndə bankçılığa dəyişdirməkdir – əsas diqqət xüsusən də orta, kiçik və mikro sahibkarlığın inkişafına yönələcək.
“Bank üçün daha bir prioritet istiqamət fərdi şəxslərin bank xidmətlərinə olan ehtiyaclarını ödəməkdir”, – “Yelo Bank”ın rəhbəri bildirib.
Xatırladaq ki, birləşmədən sonra yeni kredit strukturunun 10 faizə qədəri “TBC Bank”a məxsus olacaqdı.
“TBC Bank” Gürcüstanın bank sektorundakı təcrübəsindən, o cümlədən yeni yaradılmış tam rəqəmsal “Kosmos” bankından yararlanmaqla pərakəndə bazarlarda və kiçik və orta biznesin kreditləşməsində “Nikoil” banka dəstək olmaq niyyətində idi.
“TBC Kredit” 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat əsasən kiçik və orta sahibkarlıq, istehlakçı və ipoteka kreditləri sektorlarına hədəflənib. “TBC Kredit”in kapitalının 75 faizi Gürcüstanın “TBC Bank”ına məxsusdur.
“Yelo Bank” (əvvəlki adı “Nikoil Bank”) Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz INVESTMENT” (91,84 faiz), “NIKoil” səhmdar cəmiyyəti (7,97 faiz) və “ISR Holding”dir (0,19 faiz).
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















