5 həyat sığortası şirkəti 69 milyon manatlıq sığorta haqları hesablayıb
2020-ci ilin ilk rübündə Azərbaycanda könüllü həyat sığortası üzrə 53 milyon 902 min manatlıq sığorta haqları hesablanıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin ilk rübü ilə müqayisədə könüllü həyat sığortası üzrə hesablanmış sığorta haqları 2 milyon 540 min manat və ya 4,7% azalıb. Ötən ilin ilk rübündə könüllü həyat sığortası üzrə 56 milyon 442 min manatlıq sığorta haqları hesablanmışdı.
2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə könüllü həyat sığortası üzrə sığorta ödənişləri 2,3 dəfə artaraq 83 milyon 126 min manat təşkil edib.
2021-ci ilin ilk rübündə könüllü həyat sığortasına daxil olan həyatın yaşam sığortası (yığım sığortası) üzrə 45 milyon 488 min manatlıq sığorta haqları hesablanıb. Ötən ilin eyni dövründə bu növ üzrə hesablanmış sığorta haqları 45 milyon 688 min manat idi. Həyatın yaşam sığortası üzrə ötən ilin ilk rübündə sığorta ödənişləri 35 milyon 155 min manat ikən, 2021-ci ilin ik rübündə 82 milyon 177 min manat təşkil edib.
Həyatın ölüm halından sığortası üzrə hesablanmış sığorta haqları isə 10 milyon 473 min manatdan 7 milyon 631 min manata geriləyib.
2020-ci ilin ilk rübündə Azərbaycanda yeganə icbari həyat sığortası olan istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 14 milyon 877 min manatlıq sığorta haqları hesablanıb, 1 milyon 132 min manatlıq sığorta ödənişləri həyata keçirilib. Ötən ilin ilk rübündə bu növ üzrə 11 milyon 194 min manatlıq sığorta haqları hesablanmış, 604 min manatlıq sığorta ödənişləri həyata keçirilmişdi.
2021-ci ilin ilk rübündə könüllü və icbari həyat sığortaları üzrə 68 milyon 779 min manatlıq sığorta haqları hesablanıb, 84 milyon 258 min manatlıq sığorta ödənişləri həyata keçirilib. Ötən ilin ilk rübündə sığorta haqları 67 milyon 636 min manat, sığorta ödənişləri 36 milyon 68 min manat təşkil etmişdi.
İlk rübdə Azərbaycanın 5 həyat sığortası şirkətlərinin hesabladıqları sığorta haqları və hayata keçirdikləri sığorta ödənişləri aşağıdakı məbləğlərdə olub:
1. “PAŞA Həyat” Sığorta Şirkəti – hesablayıb: 53 milyon 201 min manat, ödəyib: 73 milyon 604 min manat
2. “Atəşgah Həyat” Sığorta Şirkəti – hesablayıb: 10 milyon 756 min manat, ödəyib: 9 milyon 740 min manat
3. “Qala Həyat” Sığorta Şirkəti – hesablayıb: 3 milyon 537 min manat, ödəyib: 841 min manat.
4. "Xalq Həyat" Sığorta Şirkəti – hesablayıb: 1 milyon 209 min manat, ödəyib: 73 min manat
5. “Meqa Həyat” Sığorta Şirkəti – hesablayıb: 76 min manat, ödəyib: 0 manat
Qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə Azərbaycanın 20 sığorta şirkəti tərəfindən 248 milyon 989 min manat sığorta haqları hesablanıb, 145 milyon 345 min manat sığorta ödənişləri həyata keçirilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















