“Azmikroinvest” xalis mənfəətini 3 dəfəyə yaxın artırıb
“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 152,6 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 2,7 dəfə çoxdur.
Ötən il “Azmikroinvest”in vergiyəqədərki mənfəəti 192,9 min manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 40,3 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1 milyon 617 min manat olub ki, bu da illik müqayisədə 0,1% azdır. Bunun 1 milyon 480 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 15,8% böyüyüb.
Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 34,2% azalaraq 103,8 min manata düşüb, balans kapitalı isə 3,6% artaraq 1 milyon 513 min manata çatıb.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 27 d. əvvəl
-
- 29 d. əvvəl
-
38 d. əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
3 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























