“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
(®️) “Global Finance” jurnalı maliyyə innovasiyaları sahəsində ən yaxşı mərkəzlərlə bağlı seçimlərini elan edib. “Best Financial Innovation Labs” nominasiyasının qalibləri sırasında Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA İnnovasiya Mərkəzi də var.
“Global Finance” maliyyə innovasiyaları sahəsindəki mərkəzlərlə bağlı belə bir hesabatı artıq dördüncü ildir ki, hazırlayır. Seçim prosesi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bankların, universitetlərin, dövlət və qeyri-hökumət qurumlarının və s. innovasiya mərkəzləri arasında aparılır və müxtəlif kateqoriyaları əhatə edir. Bura nağd vəsaitlərin idarə olunması, korporativ maliyyə, islam bankçılığı, ödənişlər, ticarətin maliyyələşdirilməsi və digər istiqamətlər aiddir. Belə bir hesabatın məqsədi FinTech sistemlərinin inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu sahədə yeni tendensiyalar, müasir trendlərlə bağlı mötəbər bir istinad mənbəyi yaratmaqdır.
Builki qaliblər sırasında Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ilə yanaşı, Commerzbank, Deutsche Bank, Deloitte, Barclays və digər aparıcı qurumların analoji mərkəzləri də var. Ayrı-ayrı regionlardan müxtəlif nominasiyalar üzrə qalib olmuş mərkəzlərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ötən ilin iyunundan fəaliyyətə başlayıb. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda innovasiya ekosisteminin inkişafına kömək göstərmək, bütün maraqlı tərəfləri bu mühitdə bir araya gətirməkdir. Mərkəz müxtəlif stratap layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərir. Açıq innovasiya ekosisteminə dəstək proqramları həyata keçirir. Eləcə də bankdaxili korporativ innovasiyaların təşviqinə dəstək verir. Artıq 12 startap layihəsi Mərkəzdə inkubasiya dövrünü uğurla başa vuraraq investorlara təqdim edilib. Mərkəzin fəaliyyəti haqqında daha ətraflı: https://ibainnovation.az/az
Azərbaycan Beynəlxalq Bankının müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























