“Azərbaycan Mikro-Kredit” BOKT ötən ili zərərlə başa vurub
“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 510 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 0,1 min manat xalis mənfəətlə çıxmışdı.
Ötən il “Azərbaycan Mikro Kredit”in mənfəət vergisinəqədərki zərəri 637 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 127 min manat (əvvəlki il veri ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərbaycan Mikro Kredit”in aktivləri 2,05 milyon manat olub ki, bu da illik müqayisədə 33,7% azdır. Bunun 1,453 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 49,7% kiçilib.
Hesabat dövründə “Azərbaycan Mikro Kredit”in öhdəlikləri 15,8% artaraq 505 min manata çatıb, balans kapitalı 41,8% azalaraq 1,545 milyon manata, o cümlədən nizamnamə kapitalı 22,6% azalaraq 2,054 milyon manata düşüb.
Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun təsisçisi 100 % Tural Məmmədovdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
12 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 15 saat əvvəl
-
15 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















