İPO və M&A bazarının “qazı alınıb”
İlin ilk rübündə 42 milyard dollara çatan satışlar ikinci rübdən səngiməyə başlayıb.Bir sıra şirkətlərin iri həcmli kapital cəlb etmək və bazar dəyərini artırmaq üçün istifadə etdiyi mexanizm - Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi (IPO) bazarı ilin ikinci rübündə yarıbayarı azalıb.
Marja xəbər verir ki, əgər bu ilin yanvar-fevral aylarında Nyu-York və Nasdaq birjalarındakı şirkətlərin səhmləri IPO prosesinin birinci günündə başlanğıc qiyməti 40% keçirdisə, mart-aprel aylarında əksinə, 20%-ə yaxın ucuzlaşıb, may ayında isə əlavə olaraq 18% aşağı düşüb.
Hələ də bəzi şirkətlər bu bazardakı debütlərində “tutuzdura bilir”, lakin qəfil uğursuzluğa düçar olanların sayı da az deyil. Çinin sığorta qrupu Waterdrop elə ilk gündə səhmlərini qoyduğu qiymətdən 19% daha ucuz satmalı olub. AstraZeneca vaksininin arxasındakı “yumşaq güc” - VacciTech biotexnologiya şirkəti aprelin sonunda Nasdaq birjasında uğurlu start etsə də, sonrakı günlərdə səhmləri 17% dəyər itirib. Başqa bir biotexnologiya qrupu Talaris Therapeutics mayın əvvəlində təklif etdiyi səhm qiymətlərini 4,4% aşağı salmağa məcbur olub.
Refinitiv analitika şirkətinin məlumatına görə, ilin əvvəlində ABŞ-da IPO-ya çıxan hər dörd şirkətdən biri (təxminən 25%) gözlənildiyindən daha baha qiymət qoyurdusa, ikinci rübdə bu rəqəm 11%-ə düşüb. Şirkətlərin 13%-i isə ilk treydinq günündə səhmlərini proqnozdan daha ucuz satır.
“İlin əvvəlində optimal bazar şəraiti vardı və yanvarda hər bir texnoloji IPO-da səhmlər ilkin qiymətindən dəfələrlə baha satılırdı. İndi isə bazar geri addım atır.” - Deutsche Bankın səhm kapital bazarı bölməsinin rəhbəri Ceff Bunzel bildirir.
İlin birinci rübündə 101 şirkət IPO-da 42 milyard dolalr vəsait cəlb etmişdisə, ikinci rübün bitməsinə bir ay qalmış 54 şirkət cəmi 18 milyard dollar toplaya bilib.
Daha bir maraqlı mexanizm - Birləşmə və Satınalma (M&A) bazarında da durğunluq yaşanır. Refinitiv bildirir ki, iri ABŞ investisiya banklarının aprel-may aylarında Birləşmə Məqsədli Xüsusi Ortaqlıqlar, yaxud qısaca - SPAC-lardan əldə etdiyi gəlir 430 milyon dollar (investiya bankçılığı gəlirlərinin cəmi 4,5%-ni) təşkil edib. Müqayisə üçün bildirək ki, yanvar-fevral aylarında SPAC əməliyyatları investisiya banklarının gəlirlərinin 22,5%-ni, yaxud 3 milyard dolları təşkil edirdi.
Aprel və may ərzində cəmi 30 SPAC IPO-da, 32 SPAC isə Birləşmə və Satınalma prosesində iştirak edib. Birinci rübdə IPO-ya çıxan SPAC-ların sayı 299, M&A sövdələşmələrində iştirak edənlər isə 84 idi. Hazırda bazarda təxminən 134 milyard dollar vəsait cəlb etmiş 422 SPAC fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
6 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
6 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
7 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib















.jpg)






