"Planlarımızda Azərbaycan sifarişçilərini ehtiyacları üçün xüsusi maşınların yığımı var”
“Azərmaş” ASC Azərbaycanda yığılan “QAZ” xüsusi və kommersiya maşınların xəttini genişləndirməyi planlaşdırır.
Bu barədə ASC-nin rəhbəri Emin Axundov bəyan edib.
İyunun 1-də Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Rusiyanın Azərbaycandakı səfriliyinin baş müşaviri Vasili Beldyuqinin “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov ilə işçi görüşü baş tutub. Bu barədə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi məlumat verir.
“Görüş zamanı Azərbaycanın Hacıqabul Sənaye Məhəlləsində “QAZ” kommersiya avtomobillərinin yığım istehsalı işlərinin ilk nəticələri, cari il “QAZ” xüsusi və kommersiya maşınlarının geniş assortimentinin yığımı və satışı perpsketivləri müzakirə olunub”, - məlumatda vurğulanır.
Axundov məlumat verib ki, Azərbaycanda yığılan Rusiya avtomobilləri qiymət və keyfiyyətin optomal nisbəti hesabına yerli bazarda yaxşı tələbata malikdir. “Azərbaycan istehlakçıları Rusiyanın texnikasının etibarlığına əmindirlər, onun bütün üstünlüklərini və istifadə xüsusiyyətləri ilə tanışdılar. Planlarımızda Azərbaycan sifarişçilərini ehtiyacları üçün xüsusi maşınların yığımı var”, - o qeyd edib.
Həmçinin, “Azərmaş”ın rəhbəri bu layihə üzrə “QAZ Qrup” ilə konstruktiv və qarşılıqlı səmərəli əməkdaşlığı vurğulayıb.
Mövcud razılıqlara əsasən, Azərbaycanın RF subyektləri ilə regionlararası kooperasyanın inkişafı çərçivəsində Mirsayapov “Azərmaş” ASC-nin rəhbərliyinə yük və kommersiya nəqliyyatı üçün avtohissələrin istehsalı sahəsində Dağıstan müəssisələrinin potensialını təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























