Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

2 şirkətin Rusiyadan gətirdiyi toyuq dərisi istehlak üçün yararsız çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 şirkətin Rusiyadan gətirdiyi toyuq dərisi istehlak üçün yararsız çıxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı Rusiya Federasiyasında fəaliyyət göstərən TK “RESURS-YUQ” tərəfindən istehsal olunan və “Azfood Company” MMC (7,3 ton) və "Hereti Bottling Company" MMC (4,7 ton) tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 11,94 ton toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Azfood Company Hereti Bottling Company
04.06.2021 15:21
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18