ABŞ-da inflyasiya dərəcəsi son 13 ildə ən yüksək həddə artıb
Aylıq inflyasiya 0,6%, illik göstərici 5% artıb.ABŞ-ın Əmək Statistikası Bürosu cari ilin may ayı üzrə istehlak qiymətləri indeksini (İQ) açıqlayıb.
Marja xəbər verir ki, özündə ərzaq, enerji, qida məhsulları, ev xərcləri, və bir sıra mallar üzrə satışları cəmləşdirən istehlak səbətinin inflyasiya dərəcəsi aylıq göstəricidə 0,6%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artıb. Bu isə, 2008-ci ilin avqustundan (5,4%) bəri ən yüksək göstəricidir.
Dow Jones-un keçirdiyi sorğuda analitiklər 4,7% bahalaşma proqnozlaşdırırdılar.
Ərzaq və enerji qiymətləri çıxılmaqla bütün elementlər üzrə indeks may ayında 0,7%, son 12 ayın nəticələrinə əsasən isə 3,8% artıb. Bu göstərici də 1992-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.
İstifadə olunan avtomobil və yük maşınlarının qiyməti aylıq 7,3%, illik 29,7% bahalaşıb. Ən çox artım benzin qiymətlərində olub - son bir ildə 56,2%. Ərzaq qiymətləri isə nisbətən sabit qalıb - inflyasiya mayda 0,4%, illik 2,2% artıb.
Digər açıqlanan göstərici işsizliklə bağlıdır. İyunun ilk həftəsində işsizlik müavinəti üzrə ərizələrin sayı 376 min təşkil edib və proqnozu (370 min) üstələyib.
Əsas inflyasiya göstəriciləri:
May 2021 son 12 ay
Ümumi rəqəm 0,6% 5%
Ərzaq 0,4% 2,2%
Enerji 0% 28,5%
o cümlədən:
Enerji əmtəələri -0,6% 54,5%
Benzin (bütün növlər) -0,7% 56,2%
Enerji xidmətləri 0,7% 6,2%
o cümlədən:
Elektrik enerjisi 0,3% 4,2%
Qaz 1,7% 13,5%
Ərzaq və enerji çıxmaqla 0,7% 3,8%
bütün elementlər
Ərzaq və enerji çıxmaqla 1,8% 6,5%
bütün əmtəələr
Yeni avtomobillər 1,6% 3,3%
İstifadə olunan avtomobil və 7,3% 29,%
yük maşınları
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 40 d. əvvəl
- 48 d. əvvəl
- 53 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
21 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir






.jpg)





.jpg)





