Azərbaycandan ən çox pul köçürmələri Türkiyəyə, Azərbaycana isə Rusiyadan həyata keçirilib
2021-ci ilin 1-ci rübündə Rusiyadakı fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri 119 milyon 947 min dollar təşkil edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2020-ci ilin yanvar-mart aylarında fiziki şəxslər Rusiyadan Azərbaycana 95 milyon 228 min dollar vəsait köçürmüşdülər. Beləliklə, 2021-ci ilin 1-ci rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 26% artıb.
Cari ilin 1-ci rübündə Rusiya Azərbaycana pul köçürmələri həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb, xüsusi çəki 52,9% (2020-ci ilin yanvar-mart aylarında 50,7%) təşkil edib.
2021-ci ilin 1-ci rübündə Azərbaycana cəmi pul köçürmələrinin həcmi 226 milyon 641 min dollar (artım 20,6%) təşkil edib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə həmçinin Türkiyə (20 milyon 3 min dollar, artım 11%), ABŞ (11 milyon 867 min dollar, artım 17,6%), Böyük Britaniya (8 milyon 76 min dollar, artım 48%) və Qazaxıstan (8 milyon 4 min dollar, azalma 1,5%) daxildir.
Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 0,3% azalaraq 121 milyon 952 min dollara geriləyib.
Azərbaycandakı fiziki şəxslər tərəfindən pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında ilk yeri Türkiyə tutub (33 milyon 519 min dollar, artım 27%). 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan həyata keçirilən bütün pul köçürmələrinin 27,5%-i (2020-ci ilin I rübündə 21,6%-i) bu ölkənin payına düşüb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi 25 milyon 948 min dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 11,5% azdır.
Cari ilin I rübündə Azərbaycandan fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə, həmçinin Gürcüstan (16 milyon 571 min dollar, artım 2,1 dəfə), ABŞ (9 milyon 407 min, azalma 9,4%) və Ukrayna da (5 milyon 428 min dollar, azalma 9,9%) daxildir.
Marja.az Telegramda: https://t.me/marjaaz
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















