bp azərbaycanlı xanımı Gürcüstan üzrə vitse-prezident vəzifəsinə təyin etdi
Aytən Ağalarova bp şirkətinin Gürcüstan üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
bp-dən Marja-ya verilən məlumata görə, bu vəzifədə Aytən bp-nin Gürcüstandakı baş nümayəndəsidir və bp-nin ölkədəki bütün biznes bölümləri adından hökumət orqanları ilə əlaqələr və xarici işləri idarə etməklə bp-nin strategiyasının həyata keçirilməsinə dəstək verir.
Aytən bu vəzifədə "Lightsource bp" şirkətinə əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunmuş Ann Deyvisi əvəz etmişdir.
Aytənin neft-qaz sənayesində 20 il iş təcrübəsi var. bp şirkətində işlədiyi 15 il ərzində o, qlobal əməliyyatlar, quyular və layihələr təşkilatlarına dəstək verməklə müxtəlif maliyyə, kommersiya, təchizat zənciri üzrə rəhbər vəzifələrdə çalışmışdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl, Aytən AGT regionu (Azərbaycan, Gürcüstan və Türkiyə) üzrə prezidentin icra aparatının rəhbəri olmuşdur.
Aytən neft mühəndisliyi və neft hüququ üzrə dərəcələrə, həmçinin “Warwick” Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.
Bundan başqa, şirkətdə son zamanlar baş verən struktur dəyişikliklər nəticəsində yerli vitse-prezidentlərin bəziləri indi daha geniş vəzifələr tutaraq bir neçə regiona cavabdehdirlər, bəzilərinə isə region daxilində daha yüksək vəzifə öhdəlikləri verilmişdir.
DAHA BİR AZƏRBAYCANLI XANIMA YÜKSƏK VƏZİFƏ VERİB
Elnarə Məmmədova isə Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu və Rusiyada insanlar və korporativ mədəniyyət (əvvəllər insan resursları adlanırdı) üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Bu vəzifədə Elnarə bp-nin London ofisində təminat sistemləri, strategiya və dayanıqlı inkişaf, regionlar, şəhərlər və həll yolları üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Nərminə Nəbiyevanı əvəz etmişdir.
Elnarənin sənaye, insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 20 ildən artıq peşəkar təcrübəsi var. O, insan resursları, mütəxəssis və biznes tərəfdaşlıq qruplarında bir sıra rəhbər vəzifələrdə çalışmış və ən son olaraq AGT regionunda qlobal əməliyyatlar təşkilatı üçün insan resursları üzrə menecer vəzifəsində işləmişdir.
Elnarənin Nottinqhem Trent Universitetindən bakalavr dərəcəsi və Azərbaycan Dillər Universitetindən magistr dərəcəsi var. O, həmçinin Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (Chartered Institute of Personnel and Development – “CİPD”) üzvüdür.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















