Nazir: Maarifçi Tələbə Kredit Fondu bir müddət fəaliyyətini davam etdirəcək
Təhsil Tələb Kredit Fondunun yaradılmasından sonra Maarifçi Tələbə Kredit Fondu bir müddət fəaliyyətini davam etdirəcək.
Marja xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Maarifçi Tələbə Kredit Fondu pilot layihə idi:
"Bu Fonddun təsisçiləri ali təhsil müəssisələri idi və kreditlər həmin ali təhsil müəssisələrində təhsil alan tələbələrə verildi. Ən yaxşı halda bir neçə yüz tələbəyə kredit ayrılıb. Təhsil Tələb Kredit Fonduna isə dövlət vəsait ayırıb, büdcədən ayrılan 80 milyon manat müqayisəolunmaz bir məbləğdir. Biz bu vəsait ilə hər il on minlərlə tələbəni əhatə edəcəyik. Bu mənada həmin fondun dövlət tərəfindən maliyyələşdirilən və daha geniş formatından danışırıq. Maarifçi Tələbə Kredit Fondu dövlət büdcəsindən maliyyələşmirdi. Maarifçi Tələbə Kredit Fondu bir müddət fəaliyyətini davam etdirəcək, çünki kredit alan tələbələr var, bu proses başa çatmalıdır".
“Maarifçi" Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14.10.2015 - ci il tarixində qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınmışdır.
“Maarifçi Tələbə Kredit” Fondu tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Fəaliyyət istiqamətləri aşağıdakılardır:
Fond öz məqsədinə nail olmaq üçün işini iki istiqamət üzrə fəaliyyət göstərir:
- Aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin verilməsini təşkil etmək;
- Aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün müxtəlif qurumlar və fiziki şəxslər tərəfindən qrantların verilməsini təşkil etmək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 saat sonra
-
- 2 saat sonra
-
14 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
15 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
15 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)








.jpg)



