“AzerGold” “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə nüfuzlu mükafata layiq görülüb

®️İyunun 24-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə “Cbonds Awards 2021” mükafatına layiq görülüb.
Mükafat Səhmdar Cəmiyyətə ötən il Bakı Fond Birjasında “PAŞA Bank”ın dəstəyi ilə uğurla yerləşdirdiyi “AzerGold” istiqrazlarına görə təqdim edilib.
Qeyd edək ki, “Cbonds Awards” mükafatı Rusiyanın maliyyə bazarları üzrə biznes konfranslarının təşkilində ixtisaslaşmış “CBonds” şirkəti tərəfindən təsis edilib. Mükafat 2014-cü ildən etibarən hər il postsovet məkanı ölkələrinin istiqraz bazarının aparıcı nümayəndələrinə onlayn səsvermə yolu ilə təqdim olunur.
Bu il 13 nominasiya üzrə təqdim olunan mükafatın qalibləri Sankt-Peterburq şəhərində keçirilən 17-ci MDB və Baltikyanı ölkələrin İstiqraz konqresində elan edilib.
Tədbirə videobağlantı vasitəsilə qoşulan “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev tədbir təşkilatçılarına təşəkkür edərək, “AzerGold” istiqrazlarının ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verilməsi, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaradılması, həmçinin “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi məqsədi daşıdığını qeyd edib.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, “AzerGold” istiqrazlarının tədavülə çıxarılması ümumilikdə ölkə iqtisadiyyatı və maliyyə bazarı üçün çox mühüm bir hadisəyə çevrilib. “Bu hadisənin belə bir nüfuzlu mükafat qazanması təkcə emitentin yox, ölkəmizin qiymətli kağızlar bazarının və bütün bazar iştirakçılarının böyük uğuru hesab edilə bilər. İstiqraz emissiyaları yerləşdirmələrinin həyata keçirilməsi və beynəlxalq ekspertlər icması tərəfindən tanınması yerli bazarın cəlbediciliyinin daim artmasına və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına öz töhfəsini verəcək”, - deyə Taleh Kazımov bildirib.
Xatırladaq ki, nominal dəyəri 100 ABŞ dolları, ümumi emissiya həcmi 20,000,000 ABŞ dolları olan “AzerGold” istiqrazları illik 4% kupon dərəcəsi ilə tədavülə buraxılıb. “PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayter qismində çıxış etdiyi və geniş xalq kütləsi üçün nəzərdə tutulan istiqrazların Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərraclarında tələb kifayət qədər yüksək olub, təklifi orta hesabla 2 dəfədən çox üstələyib, orta gəlirliliyi isə 3.36 % təşkil edib.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
17 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
