Beynəlxalq Maliyyə Korporasiyası Qafqaz üzrə yeni regional menecer təyin edib
İvana Fernandes Duarteni Dünya Bankı Qrupunun üzvü olan IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) Cənubi Qafqaz üzrə yeni Regional meneceri vəzifəsinə təyin edilib. O, İFC-nin Tbilisi ofisindən Ermənistan, Azərbaycan və Gürcüstanda əməliyyatları idarə edəcək.
İvana Fernandes Duarte, IFC-nin Qərbi Avropa ölkələri üzrə menecer vəzifəsinə təyin olunmuş Yan van Bilsen və son bir neçə ayda Regional menecer vəzifəsini icra edən İFC-nın Avropa və Mərkəzi Asiya Əməliyyatları üzrə rəhbəri Cesper Kyaerin əvəzləyib.
Slovakiyalı Fernandes Duarte IFC-ə beynəlxalq maliyyə sahəsində 20 ildən çox təcrübəsi ilə qatılır. O, Avropa Yenidənqurma və İnkişaf Bankında və Citigroup-da müxtəlif vəzifələrdə çalışmışdır. Bu vəzifələri tutarkən o, özəl infrastrukturun inkişafı və maliyyələşdirilməsinə, eləcə də müxtəlif sektorlar üzrə ölkə idarəçiliyinə diqqət yetirmişdir. İnkişafın maliyyələşdirilməsi üzrə fəaliyyətdən əvvəl, xanım Duarte, layihələrin maliyyələşdirilməsi və inkişaf etməkdə olan bazarlarda investisiya bankçılığı sahəsində işləmişdir.
IFC-nin Avropa və Mərkəzi Asiya Direktoru Viebke Şlomer bildirib: “IFC-nin Cənubi Qafqazdakı yeni Regional Menecerinin rolu, ölkələrin COVID-19 pandemiyasının yaratdığı misli görünməmiş problemlərin öhdəsindən gəldiyi dönəmdə xüsusilə əhəmiyyətlidir. Xüsusən də bölgədəki zəngin təcrübəsindən yararlanaraq özəl sektorun gücündən istifadə etmək üçün ölkələrin hər birində keçmiş nailiyyətlərimizi daha da inkişaf etdirməyə çalışacayıq.”
Fernandes Duarte karyerasına Slovakiya Baş naziri aparatında başlamışdır. İspaniyanın Barselona şəhərindəki IESE Business Məktəbdə MBA və Slovakiya İqtisad Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsini alıb.
IFC-nin Cənubi Qafqaz üzrə yeni Regional Meneceri Fernandes Duarte bildirib “Pandemiya artım perspektivlərini ləngitməsinə baxmayaraq, iqtisadiyyatların bərpa prosesində özəl sektorun rolu həlledici olacaq. Mövcud vəziyyətdə IFC-nin Cənubi Qafqazdakı prioriteti iqlim dəyişikliyi, rəqəmsallaşma və kapital bazarlarının inkişafına diqqət yetirərək yaşıl, dayanıqlı bərpa məsələlərində kömək olacaqdır. Bazar və investisiya imkanları yaratmağa yönəlmiş islahatlara dəstək vermək üçün layihələrini davam etməyə planlaşdırırıq.”
Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) inkişafda olan iqtisadiyyatlarda fəaliyyətini özəl sektora fokuslayan ən iri inkişaf təşkilatıdır. İFC i 100-dən çox ölkədə fəaliyyət göstərir. 2020 maliyyə ilində inkişaf etməkdə olan ölkələrdəki özəl şirkətlərə və maliyyə qurumlarına 22 milyard dollar sərmayə yatırmış, kəskin yoxsulluğu aradan qaldırmaq və daha geniş firavanlığı artırmaq üçün özəl sektorun gücündən istifadə edib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















