Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir
2021-ci ilin ikinci rübündə 400-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs müayinə və müalicə olunub(®️) "Azercell Telekom" MMC-nin Səyyar Diş və Göz Klinikaları son üç ayda bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla 400-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan şəxsə xidmət göstərib.
Belə ki, Azercell-in Səyyar Diş Klinikasında bu ilin ikinci rübü ərzində 166 nəfərə təmənnasız tibbi yardım göstərilib. Aprel ayında klinikanın həkimləri Suraxanı rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladlarını (46 nəfər) müalicə və müayinə ediblər. May ayında Masazır qəsəbəsindəki 56 saylı Kəlbəcər tam orta məktəbinin 50-yə yaxın şagirdi müayinədən keçib. İyun ayında isə Gürgən qəsəbəsində xidmətdə olan klinikada 71 uşağın diş problemi aradan qaldırılıb. Ümumilikdə bu ilin ilk yarısında Azercell-in Səyyar Diş Klinikasında 218 nəfər müalicə alıb.
Hesabat dövründə Azercell-in Səyyar Göz Klinikası da öz növbəsində oftalmoloji problemləri olan şəxslərə yardımını əsirgəməyib. Son 3 ayda Azərbaycanın müxtəlif bölgələrinə səyahət edən klinikanın həkimləri 267 nəfərə kömək göstəriblər. Təkcə iyun ayında 120 xəstə (93 böyük, 27 uşaq) pulsuz müayinə və müalicə olunub. Onlar arasında şəhid və qazi ailələrinin üzvləri, aztəminatlı ailələrin uşaqları, uşaq və gənclər təşkilatlarının üzvləri də var.
2021-ci ilin əvvəlindən bu günədək klinikanın həkimləri tərəfindən göz problemi olan 372 nəfərə (230 böyük, 142 uşaq) yardım edilib. Bu müddət ərzində klinikanın heyəti Bakı ilə yanaşı, Sumqayıt, Pirallahı və Zirə qəsəbələri, Quba, Ucar, Kürdəmir rayonu, Siyəzən rayonları, Xudat şəhərində səyyar şəkildə xidmət göstərib.
Beləliklə, Azercell-in Səyyar Klinikaları bu il ərzində ümumilikdə 600-ə yaxın şəxsə ödənişsiz tibbi xidmət təqdim edib. Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən səyyar klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
10 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
10 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
11 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!




















