Azərbaycanda ən iri qeyri-neft sənaye şirkəti işçilərin sayını kəskin artırmaq niyyətindədir
“AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası hazırlanıb. Strategiyaya uyğun olaraq təkcə əlvan metal layihələrinin icrasının ən fəal mərhələsində 13 min nəfərə qədər işçinin cəlb edilməsi nəzərdə tutulub."Azərbaycanda ən iri qeyri-neft sənaye və dağ-mədən şirkəti “AzerGold” QSC ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına da xüsusi önəm verir. Hazırda “AzerGold” ailəsinin 500 nəfərə yaxın üzvü, eləcə də Cəmiyyətin mədən ərazilərində fəaliyyət göstərən tərəfdaş şirkətlərin 1000 nəfər əməkdaşı vahid bir amal uğrunda, ölkəmizin sosial-iqtisadi tərəqqəsinə töhfə vermək niyyətilə çalışır".
Marja xəbər verir ki, bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyətinə dair Şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun mətbuata yazılı açıqlamasında bildirilir.
Açıqlamada qeyd edilib ki, hazırda qızıl və gümüş hasilatını və emalını həyata keçirilən Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb: “Önümüzdəki illərdə də bu sahədə müvafiq addımların atılması, digər bölgələrdə də yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. “AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası hazırlanıb. Strategiyaya uyğun olaraq təkcə əlvan metal layihələrinin icrasının ən fəal mərhələsində 13 min nəfərə qədər işçinin cəlb edilməsi nəzərdə tutulub. (Sözügedən mərhələnin 2029-2031-ci illəri əhatə etməsi proqnozlaşdırılır)”.
Şirkətin sədri qeyd edib ki, 5 il ərzində fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər uğurla icra edilərək, xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon 300 min saatı ötüb: “Bu, 5 ildir ki fəaliyyət göstərən bir müəssisə üçün yüksək göstərici hesab olunur. Hər zaman bu şüarı qeyd edirik: İşçilərin sağlamlığı, təhlükəsiz iş şəraiti əsas öncəliyimizdir”.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb























