Pandemiyada 114 milyon insan işini itirib
Məşğulluq səviyyəsi 2019-cu ilin göstəricilərinə ən yaxşı halda il yarıma çatacaq...Özündə ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2021-ci il üzrə Məşğulluq Proqnozu Hesabatını bugün təqdim edib.
Marja qurum rəsmilərinə istinadla xəbər verir ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal miqyasda işini itirənlərin sayı 2019-cu illə müqayisədə 114 milyon nəfər, OECD məkanında isə 22 milyon nəfər artıb.
OECD ölkələrində iqtisadiyyatın canlanması nəticəsində iş yerlərinin bir hissəsi bərpa olunsa da, 2021-ci ilin mayında işsiz insanların sayı 43,5 milyon nəfər təşkil edib. Bu isə 2020-c ilin fevralı ilə müqayisədə 8,1 milyon nəfər çoxdur. İşsizlik faizi may ayında 6,6% olub (pandemiyadan əvvəlki səviyyədən 2,2% çox).
Ölkələr arasında ciddi fərqlər var, misal üçün, Kolumbiya və Kosta Rikada işsizlik səviyyəsi 2020-ci ilin fevralına nisbətən 2021-ci ilin mayında 4% artıbsa, Avstraliya və Fransada fərq 0 faizə yaxın olub.
Hesabatda qeyd olunur ki, qlobal miqyasda məşğulluq səviyyəsinin pandemiyadan əvvəlki göstəriciyə çatması ən yaxşı halda 2022-ci ilin sonunda mümkün olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 51 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb






.jpg)






.jpg)







