Abşeron Logistika Mərkəzində Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb
(®️) Azərbaycanda logistika və ticarət sahəsinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilir. Keçirilən layihələrin fəal iştirakçılarından biri də məhz Abşeron Logistika Mərkəzidir.
Belə ki, verilən məlumata əsasən Abşeron Logistika Mərkəzinin təşəbbüsü ilə ölkədə logistikanın inkişafı üzrə təhlillər aparılması məqsədilə Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb.
Yaradılan mərkəzin əsas məqsədi logistika sektorunun inkişafı üçün yeni xidmətlərin yaradılması, bu sahədə mövcud problemlərin müəyyən olunması və onların həlli istiqamətində elmi araşdırmaların, analizlərin edilməsidir. Yerli və xarici şirkətlərlə əməkdaşlıq etməklə müəyyən logistik xidmətlərin ölkədə tətbiqi, ölkənin mövcud potensialı nəzərə alınaraq, bu sahədə mühüm hədəflərə nail olmaq da qarşıya məqsəd kimi qoyulmuşdur.
Bildirmək istərdik ki, yaradılan mərkəzin fəaliyyət istiqamətlərinə logistika sektorunun müxtəlif sahələri, xüsusən də dəmiryolu daşımaları, anbar logistikası, gömrük anbar rejimləri üzrə yeni xidmətlərin ölkədə tətbiqi, logistika sahəsində mövcud tendensiyaları müəyyənləşdirmək və riskləri proqnozlaşdırmaq, həmin risklərin ölkə iqtisadiyyatına mümkün təsirlərini araşdırmaq da daxildir.
Araşdırmalar və İnkişaf Mərkəzində logistik xidmətlərdən yararlanan sahibkarlara dəstək göstərilməsi məqsədilə bir sıra layihələr həyata keçiriləcək. Belə ki, sahibkarlarla mütəmadi görüşlər təşkil edilərək onların qarşılaşdığı problemlər və çətinliklər müəyyən olunacaq, onların həlli istiqamətində bir sıra tədbirlər planı hazırlanacaq.
Mərkəz logistika sahəsinin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli iqtisadi mühitin yaradılması məqsədi ilə beynəlxalq təcrübəni də təhlil edir. Həmçinin mərkəzin səlahiyyətlərinə aid olan məsələlər üzrə mütəmadi olaraq konfranslar və simpoziumların keçirilməsi, bununla yanaşı logistika sahəsinə olan marağın artırılması və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə töhfə verilməsi məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























