İkinci əl avtomobil bazarı 1 trilyon dollara çatıb
Təkcə bu il avtomobil satışı saytlarına 6 milyard dollar investisiya yatırılıb
Qlobal çip böhranı səbəbindən yeni avtomobillərin istehsal həcminin ciddi şəkildə azalması ikinci əl avtomobillərə tələbatı kifayət qədər artırıb.
Marja Financial Times-a istinadla xəbər verir ki, qlobal miqyasda ikinci əl avtomobilərin alqı-satqı həcmi illik 1 trilyon dollar çatıb.
Son zamanlarda, xüsusən pandemiyanın gətirdiyi məhdudiyyətlər səbəbindən əksər insanlar işlənmiş avtomobillərin onlayn alqı-satqısına üstünlük verir. Müxtəlif ölkələrə məxsus istifadə olunan avtomobil ticarəti saytları bu fürsətdən yararlanaraq, investorlardan iri həcmli vəsaitlər cəlb edib.
Təkcə cari ilin əvvəlindən bu tipli saytlara yatırılan investisiyanın toplam həcmi 6 milyard dollar təşkil edib.
Ən çox vəsait cəlb edən ikinci əl avtomobil saytları:
Cinch (Böyük Britaniya) - 1,4 milyard dollar;
Auto1 (Almaniya) - 1,2 milyard dollar;
Cazoo (Böyük Britaniya) - 1 milyard dollar;
Kavak (Meksika) - 485 milyon dollar;
CarNext (Niderland) - 473 milyon dollar;
Carro (Sinqapur) - 360 milyon dollar;
Aramis (Fransa) - 300 milyon dollar;
Spinny (Hindistan) - 165 milyon dollar;
Motorway (Böyük Britaniya) - 68 milyon dollar.
Doğrudur, hələlik ikinci əl avtomobillərin elektron ticarəti (1%) geyim (30%) və elektronika (50%) məhsulları ilə rəqabət apara bilmir. Lakin, növbəti 5-7 il ərzində bu sektorun ən azı 30%-nin elektron ticarətə keçəcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 d. əvvəl
-
13 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
22 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 27 d. əvvəl
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit






















