Azərbaycan aviaşirkəti Hindistan istiqamətində yükdaşıma şəbəkəsini genişləndirir
Bu gün “Silk Way West Airlines” Hindistanın Mumbay şəhərindən Bakıya “Boeing-747F” təyyarəsi ilə ilk həftəlik uçuşunu həyata keçirib.
Həftənin cümə axşamı günü yerinə yetirilən bu yeni birbaşa reys Hindistanın ən vacib beynəlxalq hava yükdaşımaları məntəqələrindən olan Mumbay Çhatrapati Şivaci Beynəlxalq Hava Limanı ilə Bakı Heydər Əliyev Beynəlxalq Aeroportunu birləşdirir.
Cari ilin iyun ayında aviaşirkət Bakını Dehli İndira Qandi Beynəlxalq Hava Limanı ilə birləşdirmiş və həcmi 100 tona çatdırılmış həftəlik “Boeing-747F” reyslərini yerinə yetirməyə başlamışdı. Mumbay istiqaməti artıq “Silk Way West Airlines” aviaşirkətinin Hindistanın hava yükləri bazarındakı ikinci marşrutudur. Yeni reyslərin açılması ilə aviadaşıyıcı həm Hindistan, həm də beynəlxalq tərəfdaşlar üçün hava yükdaşımalarının keyfiyyətini davamlı artırmaqla Asiya kontinental yük şəbəkəsində getdikcə daha mühüm rol oynayacaqdır.
“Bakını Mumbay ilə birləşdirəcək yeni Hindistan istiqamətinin açılması bizi məmnun etdi. “Silk Way West Airlines” hindistanlı tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində bölgədəki şəbəkəsini davamlı olaraq genişləndirməkdədir. Yeni uçuşlar Silk Way West Airlines və hindistanlı həmkarlarımız arasındakı ikitərəfli tərəfdaşlıq tarixində yeni bir səhifə açmaqla müntəzəm uçuş şəbəkəmizin coğrafiyasının genişlənməsini təmin edir”, - deyə “Silk Way West Airlines” şirkətinin baş icraçı direktoru və prezidenti Volfqanq Mayer bəyan edib.
Öz növbəsində, “Silk Way West Airlines” şirkətinin Hindistan yarımadası, Yaxın Şərq və Afrika ölkələri üzrə baş kommersiya direktoru Conni Rubio qeyd edib ki, Hindistan ən vacib qlobal yük bazarlarından biri olmaqla aviadaşıyıcının biznes strategiyası üçün böyük önəm daşıyır: "Bu genişlənmə sayəsində “Silk Way West Airlines” Hindistanı öz qlobal şəbəkəsinə daxil edərək dəyərli müştərilərinə “Boeing-747F” təyyarələri ilə reyslər təklif edir”.
“Taylor Logistics” şirkəti aviadaşıyıcının Hindistan üzrə ikinci baş satış agenti (GSA) olaraq müəyyən edilib. “Taylor Logistics” Mumbay Hava Limanında (BOM) fəaliyyət göstərəcək, “Hercules Aviation” isə aviaşirkətin Dehli Hava Limanı (DEL) üzrə uzunmüddətli tərəfdaşı olaraq fəaliyyətinə davam edəcəkdir.
“TT Group”un üzvü olan “Taylor Logistics Private Limited” bir əsrdən artıq mövcud olan və hava logistikası sahəsində 40 illik təcrübəyə sahib olan nüfuzlu bir biznes qrupudur. Şirkətlər qrupu keyfiyyət və dəqiqliyə verdiyi dəyər sayəsində geniş miqyasda tanınıb.
2006-cı ildə təsis edilmiş “Hercules Aviation” bir çox beynəlxalq aviadaşıyıcının baş satış agenti olmaqla hava yükdaşımalarının idarə edilməsi üzrə qabaqcıl bir şirkət olaraq qurulub. Şirkət satış, marketinq, müştəri xidmətləri, əməliyyatlar, maliyyə və kredit nəzarəti, anbar və gömrük rəsmiləşdirməsi kimi bir çox sahələrdə üstün bacarıqları və təcrübəsi ilə fərqlənən peşəkarlardan ibarət bir komandaya malikdir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West” Airlines 12 müasir “Boeing 747-8F” və 747-400F yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci il tarixində “Boeing” aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.
“Silk Way West Airlines” şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
48 d. əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
2 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
3 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
4 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
4 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
























