"Bu işləri edirik ki, ölkəmizə daha çox gəlir gəlsin”
“1996-cı ildən başlayaraq “Şahdəniz” layihəsi uğurla icra edilir. Hazırda digər layihələr üzərində də işləyirik”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib. O bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu çox perspektivli olan "Abşeron" qaz-kondnsat yatağında işləyəcək: “Əminəm ki, tezliklə, bir neçə ilə biz "Abşeron" yatağından da yaxşı nəticələr görəcəyik. Digər perspektivli layihələrimiz də gündəlikdədir. Artıq “Ümid” yatağında işlər gedir. “Babək”, “Qarabağ” layihəsinə yenə xarici şirkətlər maraq göstərir. Vaxtilə müqavilə imzalanmışdı, sonra ona xitam verildi. Ancaq biz indi bilirik, xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni biz bütün bu işləri ardıcıllıqda edirik ki, ölkəmiz daha da güclənsin, ölkəmizə daha çox gəlir gəlsin”.
Prezident icrasına başlanan neft layihələrinin hazırda uğurla icra edildiyini söyləyib: “Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Əminəm ki, vaxtlı-vaxtında bu layihənin də uğurla icrasına nail olacağıq. Gələn il Cənub Qaz Dəhlizi layihəsi layihəsinin əsas hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















