Azərbaycanın ən böyük özəl bankından 50 milyon manatdan çox xalis mənfəət!
Azərbaycanın ən böyük özəl bankı olan "PAŞA Bank" ASC 2021-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 50 milyon 640 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 milyon 717 min manat və ya 75% çoxdur. PAŞA Bank 2020-ci ilin birinci yarısını 28 milyon 923 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin ilk 6 ayında PAŞA Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 188 milyon 834 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 102 milyon 213 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 86 milyon 621 min manat təşkil edib. PAŞA Bank əməliyyat mənfəətindən 24 milyon 473 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 11 milyon 507 min manat mənfəət vergisi ödəyib. Beləliklə, Bank 2021-ci ilin birinci yarısını 50 milyon 640 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci yarısında PAŞA Bankın cəmi əməliyyat gəlirləri 147 milyon 112 min manat, cəmi əməliyyat xərcləri 94 milyon 211 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 52 milyon 900 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən ehtiyat fonduna 12 milyon 214 min manat ayırdığından və 11 milyon 764 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 28 milyon 923 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən ilin ilk yarısında PAŞA Bankın faiz gəlirləri 105 milyon 38 min manat ikən, cari ilin 1-ci yarısında 128 milyon 819 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 42 milyon 923 min manatdan 59 milyon 853 min manata qalxıb.
PAŞA Bankın cəmi gəlirlərinin 41 milyon 722 min manat artmasına qarşılıq cəmi xərcləri 8 milyon 2 min manat artıb. Nəticədə əməliyyat mənfəəti 33 milyon 720 min manat çox olub.
AKTİVLƏRİ 6 MİLYARD MANATA YAXINLAŞIB, KREDİTLƏR ARTIB
30 İyun 2021-ci il tarixində PAŞA Bank 5 milyard 944 milyon 170 min manat cəmin aktivlərə malik olub, o cümlədən cəmi aktivlərin 2 milyard 196 milyon 153 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin sonunda PAŞA Bank 5 milyard 513 milyon 21 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 95 milyon 34 min manat kredit portfelinə malik idi. İlk 6 ayda bankın kredit portfeli 101 milyon 119 min manat artıb.
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYLAR DA ARTIB
Cari ilin ilk 6 ayı ərzində PAŞA Bankın qiymətli kağızlara investisiyaları 240 milyon 890 min manat artaraq ötən ilin sonundakı 1 milyard 556 milyon 154 min manatdan 1 milyard 797 milyon 44 min manata yüksəlib.
Ötən ilin sonundan ötən 6 ay ərzində PAŞA Bankda depozitlər 519 milyon 694 min manat artaraq 4 milyard 534 milyon 455 min manata çatıb.
30 İyun 2021-ci il tarixində PAŞA Bank 544 milyon 592 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 541 milyon 145 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
-
18 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
27 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 55 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 13-də gözlənilən hava şəraiti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Ən çox oxunanlar
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır






















