Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Şirkət qardaş ölkədə rominqdə olan abunəçilərinin nömrələrinin balansını təmənnasız şəkildə artırıb(®️) Türkiyənin müxtəlif şəhərlərində baş vermiş meşə yanğınları nəticəsində yaranan narahatlığı nəzərə alaraq, Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinə xüsusi diqqətlə yanaşıb.
Belə ki, hazırda Türkiyədə olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 10 AZN məbləğində pul vəsaiti yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.
Qeyd edək ki, üç gün əvvəl başlayan meşə yanğınları artıq Türkiyənin 20-dən çox vilayətini, xüsusilə də kurort bölgələrini bürüyüb. Hələ də davam edən yanğınlar nəticəsində həlak olanlar, xəsarət alanlar var.
Azercell şirkəti bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. Ən qısa zamanda yanğının qarşısının alınmasını və hadisənin fəsadlarının aradan qaldırılmasını arzulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























