İki İsrail aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək
“Arkia Airlines” və “Israir Airlines” İsrail aviaşirkətləri tərəfindən Təl-Əviv – Bakı – Təl-Əviv istiqamətlərində hava daşımalarının həyata keçirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan lazımi icazə almışdır.
AZAL-dan Marja-ya daxil olmuş məlumata görə, “Arkia Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna və geri istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verilmişdir.
Eyni marşrut üzrə “Israir Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə verilmişdir. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.
Bundan əlavə, AZAL həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv – Bakı – Təl-Əviv marşrutu üzrə xüsusi reyslər yerinə yetirir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən İsrail vətəndaşları aşağıdakı şərtlərlə Azərbaycana səyahət edə bilərlər:
- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış təqdim etdikdə;
-uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etdikdə.
18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər. Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
48 san. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















