Azərbaycan "Aİ-95" benzininin idxalını 2 dəfə artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən dəyəri 52,213 mln. ABŞ dolları (88,763 mln. manat) olan 75 407,71 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalarına görə, idxal olunan bənzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artıb. Cari ilin I yarısında Azərbaycana "Premium" markalı benzininin əsas ixracatçısı Rusiya olub ( ümumi idxalın 60,8%-i). Ölkə Azərbaycana 31,343 mln. dollarlıq (53,282 mln. manat) 31 342,6 ton "Aİ-95" tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 26,4%, dəyər ifadəsində isə 44,8% çoxdur.
Azərbaycana ən çox "Premium" markalı benzin göndərən ikinci ölkə isə Rumıniya olub. Belə ki, 2021-ci ilin ilk yarısında ölkə Azərbaycana 18,180 mln. dollar dəyərində (30,905 mln. manat) 25 399,78 "Aİ-95" benzini ixrac edib. Ötən ilin eyni dövründə bu ölkədən Azərbaycana "Aİ-95" markalı benzin tədarük olunmayıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 58,615 mln. dollar (99,646 mln. manat) dəyərində 96 998,93 ton "Aİ-95" benzini idxal edib. Bu 2019-cu il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çoxdur.
Xatırladaq ki, iyulun 31-də Azərbaycanda "Premium" markalı avtomobil benzininin bahalaşması qeydə alınıb. Yanacağın qiymətindən asılı olan səbəbdən sözügedən benzinin qiyməti 1,40 manatdan 1,45 manatadək yüksəlib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























