Bu rayonun otelləri 7 ayda 48 mindən çox turistə xidmət göstərib
Bu ilin yanvar-iyul aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 48 min 325 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 45 min 242 nəfəri və ya 93,6 faizi Azərbaycan, 3 min 83 nəfəri və ya 6,4 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 7 ayda Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9 min 941 nəfər və ya 25,9 faiz artıb. Bu ilin yanvar-iyul aylarında yerli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 min 587 nəfər və ya 52,6 faiz artsa da, əcnəbi turistlərin sayında 5 min 646 nəfər və ya 64,7 faiz azalma qeydə alınıb. Xarici turistlərin sayında azalma, ilk növbədə, koronavirus pandemiyası səbəbindən ötən ilin əvvəllərindən etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması ilə əlaqədardır.
2021-ci ilin yanvar-iyul aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edib. Belə ki, ötən müddətdə bu ölkənin 598 vətəndaşı Qəbələyə gəlib. Ümumiyyətlə, cari ilin 7 ayında Qəbələyə Türkiyədən 495 nəfər, Rusiyadan 328 nəfər, Qətərdən 203, Hindistandan 155, Böyük Britaniyadan 101, ABŞ-dan 88, Pakistandan 88, Ukraynadan 76, Qazaxıstandan 75, Gürcüstandan 64, İrandan 64, İsraildən isə 58 nəfər turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 690 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Bildirilib ki, 2021-ci ilin yanvar-iyul aylarında rayon ərazisində 16 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 6871 yerdir. Ötən 7 ayda otel və mehmanxanalarda 16 min 79 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 72,2 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
5 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
23 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)






.jpg)






