Kömür qiymətləri tarixi rekorda yaxınlaşır
Bu ilki 106% bahalaşma hələ davam etməkdədir...Elektrik enerjisinə artan tələbat, infrastruktur layihələrinin canlanması və qaz qiymətlərindəki bahalaşma digər bir enerji mənbəyinin - termal kömürün dəyərini də sürətlə artırıb.
Marja xəbər verir ki, Asiya və Afrika bazarları üçün əsas standart göstərici olan Nyukasl həftəlik indeksində qiymətlər ilin əvvəlindən 106%, Riçards Bay indeksində isə 55%-dən çox bahalaşıb.
Hazırda Avstraliya kömürünün bir tonu 166 dollardan, Cənubi Afrika kömürü isə 137 dollardan satılır. Halbuki, ötən ilin sentyabrında bir tonun qiyməti cəmi 46 dollar idi. Qiymət artımı bu templə davam etsə, 2008-ci ildə qeydə alınmış tarixi rekordu - 1 tona görə 195 dolları yeniləyəcək.
Fitch Ratings-in hesablamalarına görə, hazırda qlobalelektrik enerjisi istehsalının 35%-dən çoxu kömür hesabına təmin edilir. Kömürə tələbatın cəmi 10%-i ABŞ və Avropa İttifaqının payına düşür. Ən çox kömür istehlak edən ölkələr Hindistan, Pakistan və Vyetnamdir.
İqlim dəyişikliyinə qarşı mübarizə, zərərli yanacaq növlərindən istifadənin azaldılması, alternativ enerji mənbələrinə keçid kimi qlobal tələblər hələ ki, istənilən effekti vermir və kömürün növbəti onillikdə də enerji istehsalında müəyyən payı saxlanılacaqdır...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
-
37 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)












.jpg)

